Ümumrusiya Dövlət Kinomotaqrafiya Universitetinin professoru Leonid Vasilyeviç Kоноvalov qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində beynəlxalq əlaqələr, digər ölkələrdən olan mütəxəssislərlə qarşılıqlı mübadilə yolu ilə bilik səviyyəsinin daha da artırılması istiqamətində yeni təşəbbüsə başlanılıb. Əcnəbi və yerli mütəxəssislərin iştirakı ilə keçirilən Ustad dərsləri, treninqlər, seminar və konfranslarla yanaşı Universitetdə artıq onlayn vasitəsi ilə ustad dərslərinə də start verilib. İlk dərs Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, əməkdar incəsənət xadimi Rafiq Quliyevin birinci kurs kinooperator ixtisası üzrə təhsil alan tələbələrilə keçirilib. Onlayn vasitəsi ilə Ümumrusiya Dövlət Kinomotaqrafiya Universitetinin professoru Leonid Vasilyeviç Kоноvalov ilə əlaqə yaradılaraq, qarşılıqlı fikir və təcrübə mübadiləsi aparılıb. Hər həftə nəzərdə tutulan onlayn dərslər – kinofoto işində materiallar, rəngşünaslıq, nəzəri və təcrübi montaj, kinolent və rəqəmsal informasiya daşıyıcıları ilə bağlı konkret mövzular əsasında proqramlı şəkildə təşkil olunacaq.