Universitetin psixoloqu
Aynur Rəhimova 14 oktyabr 1993-cü ildə doğulub.
2011-2015-ci illərdə Bakı Dövlət Universitetində Psixologiya ixtisası üzrə bakalavr pilləsində təhsil alıb. 2015-2017-ci illərdə BDU-da İnkişaf psixologiyası ixtisası üzrə magistratura pilləsində təhsilini davam etdirib.
Psixodiaqnostika, Psixoterapiyanın əsasları, Mürəkkəb travmalarla iş, İnklüziv təhsil və digər mövzularda çoxsaylı təlim və seminarlarda iştirak edib.
2017-2018-ci illərdə Bakı Dövlət Universitetində müəllim, 2018-2020-ci illərdə Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda baş mütəxəssis, 2020-2021-ci illərdə Azərbaycan Respublikasının Təhsil İnstitutunda aparıcı mütəxəssis, 2022-ci ildən 2023-cü ilin iyul ayına qədər “SOS Uşaq kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyində psixoloq vəzifələrində çalışıb.
2023-cü ilin iyul ayından etibarən “Lotos Psixologiya Mərkəzi”ndə psixoterapevt kimi fəaliyyət göstərir.
“Məktəbdə psixoloji işin təşkili” (Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu), “Məktəblilərdə idrak proseslərinin diaqnostikası və korreksiyası” (Təhsil Nazirliyi), “Şagirdlərə psixososial dəstəyin göstərilməsinə dair müəllimlər üçün tövsiyələr” (Təhsil İnstitutu və UNİCEF) metodik və oxu vəsaitlərinin müəllifidir.
Məktəbdə psixoloji işin təşkili; Hərbi hissələrdə şəxsi heyətlə psixoloji işin təşkili; İnklüziv sinifdə təlimin təşkili; Əsas sosial emosional bacarıqların inkişafı; Əsas həyat bacarıqları; Böhran vəziyyətlərində məktəbdə ilkin psixoloji yardım məsələləri; Məktəbdə sağlam sosial emosional mühitin formalaşdırılması (Anti-bullinq) və s. mövzularda müəllim və psixoloqlar üçün ixtisasartırma təlimlərində təlimçi olub.
Toni Kessidinin “Stres, koqnitiv proseslər və sağlamlıq” və Rona Hartın “Pozitiv psixologiya – Təməl” kitablarının Azərbaycan dilinə tərcüməsi zamanı ixtisas redaktorluğunu edib.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin psixoloqu Aynur Rəhimova ilə əlaqə saxlamaq istəyənlər həftə içi Universitetin əsas binası, 2-ci mərtəbə, Müşavirlər otağına yaxınlaşa bilərlər.