ADMİU-nun Rəssamlıq fakültəsinin dekan müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Seyidəhmədlinin “Azərbaycan memorial heykəltaraşlığının bədii xüsusiyyətləri” adlı monoqrafiyası akademik Ömər Eldarov və professor Sevil Sadıxovanın elmi redaktorluğu ilə çap edilib. Tədqiqat əsəri Fəxri Xiyabanda yerləşən abidələrin bədii xüsusiyyətlərinin təhlilinə həsr olunub. Xronoloji ardıcıllıqla tərtib olunmuş monoqrafiyada Azərbaycan memorial heykəltaraşlığının formalaşma mərhələləri və eləcə də birinci və ikinci Fəxri Xiyabanda yer alan abidələr haqqında ətraflı tədqiqat materialları toplanılıb.
Azərbaycanın ali məktəb kitabxanaları içərisində ilk dəfə olaraq tərtib olunan bu fundamental elmi-biblioqrafik resursda 2019-cu ildə ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin fonduna Azərbaycan və xarici dillərdə yeni daxil olan nəşrlər (kitab, magistr dissertasiyası və jurnallar) haqqında analitik məlumatlar verilib. Kitaba daxil edilən nəşrlər Universal Onluq Təsnifat (UOT) cədvəllərinə uyğun olaraq elm sahələri üzrə sistemləşdirilib. Biblioqrafik mənbədən səmərəli və operativ istifadəni təmin etmək məqsədilə sənəd-informasiya resursları müəlliflərin və ya sərlövhələrin əlifba sırası, eləcə də, fondda yerləşdiyi şifrələri ilə birlikdə verilib.