Kulturologiya Fakültəsinin Dekan Müavini
Sultanov Zaur Fikrət oğlu 1989-cu ildə Bakı şəhərində anadan olub. 2007/2011-ci illərdə Bakı Asiya Universitetində Tarix və ictimaiyyət ixtisası üzrə bakalavr təhsili alıb. 2011/2013-cü illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan tarixi ixtisasının Azərbaycanın yeni və ən yeni tarixi ixtisaslaşması üzrə “Heydər Əliyevin neft strategiyası” mövzusunda magistr dissertasiya işini uğurla müdafiə edərək magistr elmi dərəcəsi alıb. Yerli mətbuatda dərc olunan bir neçə məqalənin müəllifidir. 2014-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Arxeologiya ixtisası üzrə doktorantura (fəlsəfə doktorluğu) təhsilini davam etdirir. “Kürmük çay hövzəsinin arxeoloji abidələri (III-XIV əsrlər)” adlı dissertasiya işi üzərində işləyir.
2014/2015-ci tədris ilində Qobustan rayonunda Azərbaycan tarixi fənnindən müəllim kimi pedaqoji fəaliyyətə başlayıb. 2015/2017-ci illərdə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq, Filologiya və jurnalistika və Tərcümə fakültələrində tyutor vəzifəsində çalışıb. Universitetdə yay məktəbində işçi heyətinin üzvü və Azərbaycan tarixi fənnindən mühazirə və seminar məşğələləri aparıb. 2016-cı ildə Bakı Slavyan Universitetində təşkil olunan tyutor kursunda iştirak edərək sertifikat əldə edib.
2017/2022-ci illərdə ADMİU-nun Tədrisin təşkili və keyfiyyətin təminatı şöbəsinin Qeydiyyat bölməsinin aparıcı mütəxəssisi vəzifəsində çalışıb. 2021/2022-ci tədris ilindən ADMİU-nun Sosial-siyasi elmlər kafedrasında saathesabı müəllim, 2022/2023-cü tədris ilindən əvəzçiliklə yarımştat müəllim kimi fəaliyyət göstərir.
2021/2022-ci tədris ilində Code Academy-də təşkil olunan Digital Memarlıq və 3D tədris proqramı üzrə kursda və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən “Peşəkar Karyera Məsləhətçisi” təlimində uğurla iştirak edərək sertifikatla təltif olunub.
2022-ci ilin sentyabr ayından Kulturologiya fakültəsində dekan müavini vəsifəsində çalışır.