BASE 2024, bu il qonaq ölkə olan Azərbaycandan gənc rəssamların müraciətini gözləyir!
Bu il 26 Noyabr- 1 Dekabr tarixləri arasında Ritz Residences’da 8-cisi gerçəkləşəcək Türkiyə Gözəl Sənətlər Fakültələrinin buraxılış sərgisi Trendyolun sponsorluğu ilə keçiriləcək. Sərgidə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəsm, fotoqrafiya, video, qrafik dizayn, interyer dizayn, tekstil, milli dizayn (xalça və s.), şüşə, keramika, animasiya bölmələrində sonuncu kurs bakalavr və magistr pillələrində təhsil alan və son üç il ərzində məzun olan gənc rəssamlarının əsərləri də nümayiş olunacaq.
Sərgiyə qatılmaq üçün öncə Təsviri sənət kafedrasının müdiri Rəşad Cabarova yaxınlaşmağınız xahiş olunur. Daha sonra isə baseportfolyo@gmail.com ünvanına əsərlərinizlə birlikdə portfelinizi, mobil telefonunuzu, əlaqə məlumatlarınızı, e-mail və ünvanınızı qeyd etməklə CV-nizi göndərə bilərsiniz. Son tarix 14 oktyabr 2024-cü ildir.
Şərtlər:
Bütün müraciət şərtləri və qaydalar üçün:
https://www.base.ist/
Yalnız ADMİU tələbələri iştirak edə bilər