“20 Yanvar – Azadlığın başlanğıcı” mövzusunda sərgi

 Azərbaycan Respublikası elm və təhsil nazirinin 16 yanvar 2025-ci il tarixli əmri ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin otuz beşinci ildönümü ilə bağlı” tədbirlər pla­nı­na müvafiq olaraq ADMİU-da silsilə tədbirlər keçirilir. Bu məqsədlə, universitetin Kitabxana-informasiya mərkəzi tərəfindən “20 Yanvar – Azadlığın başlanğıcı” möv­zu­sunda sərgi təşkil olunub. Tələbələrin iştirakı ilə millətimizin azadlıq səsini ucaltdığı və öz müstəqilliyi uğrunda şərəfli bir tarixə həsr olunmuş sərginin açılışında əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirəsi böyük ehtiramla yad edilib.

Sənəd-informasiya resursları fon­dun­da saxlanı­lan Azərbaycan və rus dillərində xalqımızın milli istiqlal mübarizəsini əks etdirən 50-dən çox kitab, not nəşri, media materialı və elektron resurs səgilənib.

Qanlı hadisələrə ilk kəskin etiraz edən Ulu Öndər Heydər Əliyevin prinsipial mövqeyi, beynəlxalq aləmdə və xarici media orqanlarında bu hadisələrlə əlaqədar veri­lən məqa­lə­lər, sitatlar və faktlar barədə ətraflı bəhs olunub.

Azərbaycanın suve­ren­­liyi, istiqla­liy­y­əti və ərazi bütövlüyü uğrunda xalqın əzmkar mübari­zə­sini əks etdirən sərgidə mövzu ilə əlaqədar tələbələrin təsviri incəsənət əsərlərinə baxış da keçirilib. Milli müstəqillik rəmzinə çevrilən 20 Yanvar hadisə­lə­rinin 35-ci ildönümünə həsr olunan sərgi, eyni zamanda rəqəmsal variantda mərkəzin sosial şəbəkə səhifələrində izləyicilər arasında paylaşı­lıb.