2024-2025-ci tədris ilində tədrisin təşkilinin yekunlarına dair müzakirə keçirilib
9 dekabr 2025-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 2024-2025-ci tədris ilində tədrisin təşkilinin yekunlarına dair müzakirə keçirilib. Tədris işləri üzrə prorektor, dosent Nigar Rüstəmova, Tədris şöbəsinin müdiri Namiq Qafarov və fakültə dekanları ADMİU-nun Strateji İnkişaf Planı, Fəaliyyət planı və iş planları əsasında görülən işlərdən bəhs ediblər. Tədrisin təşkilinin təkmilləşdirilməsi üçün zəruri ehtiyaclar, problemlər və perspektivlər ətrafında fikir mübadiləsi aparılıb. Tədris-metodiki təminatın vəziyyəti təhlil edilib.

