2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı yaradılmış İşçi Qrupun altqruplarının iclasları davam edir

Dekabrın 4-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) rektoru, professor Ceyran Mahmudovanın sədrliyi ilə ADMİU-nun 2026-2030-cu illər üzrə Strateji İnkişaf Proqramının hazırlanması ilə bağlı yaradılmış İşçi Qrupun İdarəetmə və İnfrastruktur istiqamətləri üzrə altqrupunun iclası keçirilib.
İclasda müvafiq altqrupun fəaliyyət planı ilə bağlı məsələlər öz əksini tapıb. Gündəliyə uyğun olaraq idarəetmə sistemi, yeni texnologiyaların idarəetmədə istifadə imkanları, universitetin maddi-texniki bazasının təhlili ilə bağlı məsələlər müzakirə olunub.
Altqrup üzvlərinin təklifləri qiymətləndirilib və növbəti iclasların gündəliyi müəyyənləşdirilib.