
Beynəlxalq Əlaqələr Üzrə Prorektor
Кərimova Sevil Əlifəttah qızı – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.
27 dekabr 1975-ci ildə Bakıda anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Sənətşünas” ixtisası üzrə bakalavr, 2002-ci ildə isə eyni ixtisas üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının magistr pilləsini bitirmişdir. 2016-cı ildə “Azərbaycan və İtaliya mədəni əlaqələri” adlı dissertasiyasını müdafiə edib, sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. Hazırda elmlər doktoru dərəcəsini almaq üçün “Türk incəsənətində Öndər ikonoqrafiyası” adlı dissertasiya üzərində işləyir.
2002-2008-ci illərdə Azərbaycan Milli İncəsənət Muzeyində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Elə həmin illərdən elmi-pedaqoji fəaliyyətə başlayıb. 2002-2004-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında, 2008-2017-ci illərdə Azərbaycan Turizm və Menecment Universitetində, 2016-cı ildən bu günədək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. 2017-21- ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekanı, 2021-2022-ci illərdə Rektor müşaviri, 2023-2024-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “İncəsənət və qeyri-maddi mədəni irs” şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Sevil Kərimova altı dərslik və üç monoqrafiya, 80-dən çox elmi məqalə, Azərbaycanda və xaricdə baş tutan bədii və mədəni-sosial istiqamətli layihələrin müəllifidir.
2025-ci ilin fevral ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyin olunub.