Universitetin Elmi Şurasının qərarı ilə 29 dekabr 2014-cü ildə Teatr sənəti fakültəsində Vokal və musiqili teatr və Estrada aktyoru kafedraları birləşdirildi
Qurum Musiqili teatr aktyoru adlandı. Kafedraya rəhbər Xalq artisti, professor Azər Zeynalov təyin edildi. 5 dekabr 2016-ci ildə kafedra müdirliyi Xalq artisti, professor İlham Namiq Kamala həvalə olundu. Əməkdar artist, Professor Azad Şükürov 2022-ci il …. tarixindən kafedraya rəhbərlik edir.
Musiqili teatr aktyoru kafedrasında təhsilin Bakalavr pilləsində Aktyor sənəti, Aktyor sənəti əməli təlim, Vokal, Vokal ansamblı, İstehsalat təcrübəsi, Diplomqabağı təcrübə kimi fənnlər, Magistratura pilləsində isə Aktyor sənəti, Rol üzərində iş, Vokal, Pedaqoji təcrübə və Diplomqabağı təcrübə kimi fənnlər tədris edilir.
Kafedrada hazırlanan diplom tamaşaları
- 2014-cü il
“Qısqanc ürəklər”, dramaturq Marat Haqverdiyev, bəstəkar Ramiz Mirişli. Kursun rəhbəri Kəmalə Məmmədova, səhnə danaışığı müəllimləri Hadir Hüseynov və Kəmalə Mehdiyeva, musiqi rəhbəri Nazim Hacəlibəyov.
- 2015-ci il
“Arşın mal alan”, Üzeyir bəy Hacıbəyli. Kursun rəhbəri İlham Namiq Kamal, səhnə danışığı müəllimi Kəmalə Mehdiyeva.
- 2016-cı il
“Yeddi məhbusə”, Əli Əmirli. Seçmə musiqi. Musiqili teatr aktyoru fakültəsi “A” qrupunun diplom tamaşası. Qrupun rəhbəri Telman Əliyev, səhnə danışığı müəllimi Kəmalə Mehdiyeva.
“Hicran”, dramatuq Sabit Rəhamn və bəstəkar Emin Sabitoğlu. Musiqili teatr aktyoru fakültəsi “B” qrupunun diplom tamaşası. Qrupun rəhbəri Kəmalə Məmmədova, səhnə danışığı müəllimi Nadir Hüseynov.
“Bala, başa bəla”, Əli Əmirli. Estrada aktyoru fakültəsi “A” qrupunun diplom tamaşası. Kursun rəhbəri Əlican Əzizov, səhnə danışığı müəllimi Nadir Hüseynov.
“Gecəyarı elçilik”, Novruz Cəfərov. Estrada aktyoru fakültəsi “B” qrupunun diplom tamaşası. Kursun rəhbəri Əlican Əzizov, səhnə danışığı müəllimi Ağalar Bayramov.
- 2017-ci il
“Gurultulu məhəbbət”, dramaturq Salam Qədirzadə, bəstəkar Süleyman Ələsgərov. Kursun rəhbəri Telman Əliyev, səhnə danışığı müəllimi Kəmalə Mehdiyeva, vokal müəllimi Qənirə Kərimova.
“Pəri cadu”, Əbdürrəhim bəy Haqverdiyev. Estrada aktyoru fakültəsinin diplom tamaşası. Kursun rəhbəri Əlican Əzizov, səhnə danışığı müəllimi Azad Şükürov.
- 2018-ci il
“Arşın mal alan”, Üzeyir bəy Hacıbəyli. Kursun rəhbəri Nadir Xasıyev, tamaşanın quruluşçu rejissorları Gümrah Ömər və Nadir Xasıyev, səhnə danışığı müəllimi Ağalar Bayramov.
- 2020-ci il
“Sevil”, Cəfər Cabbarlı. Musiqili teatr aktyoru fakültəsi “A” qrupunun diplom tamaşası. Kursun rəhbəri Ruslan İsmayılov, səhnə danışığı müəllimi Kəmalə Mehdiyeva, quruluşçu rejissor Gümrah Ömər, musiqi tərtibatçısı Nərmin Xankişiyeva.
“Fiqaronun toyu və yaxud maskaların oyunu”. Pyer Bomarşenin “Fqaronun toyu” komediyası əsasında işləyən Ruslan İsmayılov. Musiqili teatr aktyoru fakültəsi “B” qrupunun diplom tamaşası. Kursun rəhbəri Ruslan İsmayılov, səhnə danışığı müəllimi Kəmalə Mehdiyeva, musiqi rəhbəri Nəzrin İsmayılzadə.
Qeyd. Qrup diplom işi üçün iki tamaşa təqdim edib.
- 2021-ci il
“Müsyö Jordan və dərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə. Kursun rəhbəri Qurban Məsimov, quruluşçu rejissor Gümrah Ömər, musiqi tərtibatçısı Nərmin Xankişiyeva.
- 2022-ci il
“İnişmaan adasından olan əlil”, Martin Makdonax. Tərcümə edən Şövqi Hüseynov. Kurs rəhbəri və tamaşanın quruluşçu rejissoru Şövqi Hüseynov, səhnə danışığı müəllimi Kəmalə Mehdiyeva, musiqi rəhbəri Rüfət Xəlilov, səhnə döyüşü Sahib Novruzov.
- 2023-cü il
“Sevil” Musiqili teatr aktyoru şöbəsinin diplom tamaşası. Kursun rəhbəri və tamaşanın quruluşçu rejissoru Nicat Kazımov, Səhnə danışığı müəllimi Azad Şükürov, Musiqi rəhbəri …
- 2024-cü il
“Cəhənnəm sakinləri”, Elşin . Kursun rəhbəri və tamaşanın quruluşçu rejissoru Ruslan İsmayılov, Səhnə danışığı müəllimi …, Musiqi rəhbəri …,
2024 – 2025-cü tədris ilində Musiqili teatr aktyoru kafedrasında çalışanlar
Azad Hətəm oğlu Şükürov 11 fevral 1959-cu ildə Ağdam rayonunun Muğanlı kəndində doğulub. 1977 – 1981-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Xalq artistləri Rza Təhmasib və Məlik Dadaşovdan aktyorluq sənətinin sirlərini öyrənib. Tələbəlik illərində ali məktəbin Tədris teatrında çıxış edib. Təyinatla Lənkəran Dövlət Dram Teatrına, 1984 – 1993-cü illərdə Tədris teatrında işləyib. 1993-cü ilin fevral ayından Bakı Bələdiyyə Teatrının aparıcı aktyorlarındandır. 1990-cı ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin səhnə danışığı kafedrasının müəllimi, 2001-ci ildən isə kafedra müdiri olub. 2022-ci ildən Musiqili teatr aktyoru kafedrasına rəhbərlik edir, 2006-cı ildən dosent, 2022-ci ildən professordur. 7 noyabr 2002-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
2023-cü ildə III dərəcəli Əmək ordeni ilə təltif edilib.
Brilliant Süleyman qızı Dadaşova 15 sentyabr 1959-cu ildə Bakıda musiqiçi ailəsində doğulub. Anası Qızxanm Dadaşova məşhur qarmonçalan olub. 2000-ci ildə Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyoru fakültəsini bitirib. 1983-cü ildən səhnədədir və estrada müğənnisi kimi böyük şöhrət qazanıb. Dünyanın bir sıra ölkələrinin nəhəng konsert salonlarında çıxışlar edib. 24 may 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 17 sentyabr 2008-ci ildə Xalq artisti fəxri adları ilə təltif olunub. Əsas repertuarı: Azərbaycan bəstəkarlarının müxtəlif janrlı mahnıları, yeni işləmələrdə xalq nəğmələri, populyar türk şərqiləri. 2001-ci ildən Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir.
Qurban Abdulla oğlu Məsimov 26 yanvar, 1971-ci ildə, Şəki şəhərində anadan olmuşdur və burada orta məktəbi bitirdikdən sonra 1988–1993-cü illərdə Ə. Hüseynzadə adına Dövlət fakültəsində, 1995–2001-ci illərdə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq isə Bakı Musiqi Akademiyasının vokal şöbəsində təhsil almışdır. 1998-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində Robert Sturuanın beynəlxalq sənətkarlıq kursunu bitirmişdir. 2000-ci ildə Bolqarıstanın paytaxtı Sofiyada “Yay Akademiyası” proqramı çərçivəsində “Fildenkrayz Metodu” seminarında iştirak etmişdir.
1994-cü ildən Pantomim teatr-studiyasında fəaliyyət göstərmişdir. 2000-ci ildə teatr dövlət statusu almış və adı Dövlət Pantomim Teatrı olmuşdur. Bir çox televiziya şirkətlərində şou xarakterli müxtəlif verilişləin aparıcısı və quruluşçu rejissoru olub. 2013-cü ildən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvüdür. 2013-2024-cü illərdə Abdulla Şaiq adina Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışıb. 2014-cü ildən UNİMA -Beynəlxalq Kukla Teatrları Assosiasiyasının üzvüdür.
2016-cı ildə Fəxri Mədəniyyət İşçisi, 2019-cu ildə “Humay” mükafatı laureatı-24.05. 2019-cu ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür.
2018-ci ildən Mədəniyyət və İncəsənət Universitetinin Musiqili teatr aktyorluğu kafedrasının müəllimidir. 2022-ci ildən baş müəllimdir.
2014-cü ildən 2024-cü ilə qədər hər il Prezident Mükafatına layiq görülmüşdür.
Şövqi Ərəstun oğlu Hüseynov 9 avqust 1972-ci ildə Cəlilabad rayonunda doğulub. Aktyor sənətinə 15 yaşından maraq göstərib. 1989 – 1994-cü illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1995 – 1997-ci illərdə hərbi xidmətdə olub. 1991 – 2009-cu illərdə Bakı Kamera Teatrında işləyibvə kollektivin aparıcı aktyoru olub, əksər tamaşalarda baş rolları ifa edib. Teatr 2009-cu ilin oktyabr ayında Gənc Tamaşaçılar Teatrı ilə birləşdirilib. Aktyor kollektivdən ayrılmayıb. 24 dekabr 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub. 2018-ci ildən Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyət göstərir.
Nicat Mirəziz oğlu Kazımov 17 iyun 1972-ci ildə Şabranda anadan olmuşdur. Orta təhsilini 1979-cu ildən Ceyranbatanda yerləşən səkkizillik məktəbdə , 3-cü sinifdən
isə Sumqayıt şəhər H. Z. Tağıyev qəsəbəsində yerləşən 6 nömrəli orta məktəbdə almışdır. 1989/ 1993-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq şöbəsində təhsil almışdır. Norveçin Psixologiya Universitetinin Bakı filialını bitirmişdir. Film, serial, reklam və kliplərdə çəkilmiş, televiziya verilişlərində aparıcılıq etmiş, əcnəbi filmlərin dublyajında iştirak etmişdir. 1991-ci ildən Azərbaycan Dövlət Gənc tamaşaçılar teatrında aktyor, 1996-cı ildən isə həm də rejissor kimi fəaliyyət göstərir.
25 iyun 2013-cü ildə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına layiq görülmüşdür.
2023-cü ildə haqqında “Yaşanan yarım əsr” sənədli filmi çəkilib.
25 iyun 2013-cü ildə “Azərbaycan Respublikasının əməkdar artisti” fəxri adına layiq görülmüşdür.
2017-ci ildən 2024-cü ilə qədər hər il Prezident Mükafatına layiq görülmüşdür. 2018-ci ildə Böyük Britaniyada II Yelizavetanın şərəfinə təşkil olunmuş Vindzor Kral At Şousunun rejissoru kimi “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif olunub. 2022-ci ildə “Şücaətə görə” və “Nizami” medalları ilə təltif olunub.
Yaqut Babakişi qızı Abdullayeva 1953-cü ildə Cəbrayıl şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1974-cı ildə ADMİU-ya, Musiqili komediya aktyoru ixtisasına qəbul olunmuş, 1978-ci ildən, İnstitutu bitirən vaxtdan həmin təhsil müəssisəinin Vokal kafedrasında çalışmışdır. Yaqut Abdullayeva 1982-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilmişdir. Burada o uğurlu fəaliyyət göstərmiş, “Leyli və Məcnun”da Leyli, “Şah İsmayıl”da Ərəbzəngi, “Gəlin qayası”nda Sənəmin rollarını böyük məharətlə ifa etmişdir. Azərbaycan Televiziyasının “Qızıl fondu”nda onun bir neçə solo-konsertinin, radio fondunda isə yüzlərlə xalq mahnısının, təsnif və muğamın lent yazıları var. Yaqut Abdullayeva bir sıra xarici ölkələrdə : -Almaniya, Polşa, Macarıstan, Bolqarıstan, Türkiyə kimi ölkələrdə çıxışlar edib. Y.Abdullayeva 2006-cı ildən ADMİU-nun dosentidir. 13 dekabr 2023-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 100 illiyi münasibətilə ilə Ölkə başçısının sərəncamı ilə III dərəcəli Əmək ordeni ilə təltif edilmişdir.
Xəlilova İradə Nizami qızı 1971-ci ildə Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə Asəf Zeynallı adına Musiqi Kollecində, 1991-1996-cı illərdə Azərbaycan Dövlət Konservatoriyasının “Solo oxuma” fakültəsində təhsil alıb. 1991-1996-cı illərdə Azərbaycan Dövlət Xor Kapellasında, 1994-1999-cu illərdə isə Azərbaycan Respublikasının Daxili Qoşunlarının orkestrində solist vəzifəsində çalışıb. 1999-cu ildən ADMİU-nun Musiqili Teatr Aktyoru kafedrasında müəllim vəzifəsində çalışır. 2006-cı ildə sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi adına layiq görülüb. 2007-ci ildən ADMİU-nun Musiqili teatr aktyoru kafedrasının dosentidir. 2021-ci ildən ADMİU-nun Musiqi sənəti fakültəsinin dekanı vəzifəsini tutur. Yerli və xarici mətbuatda dərc olunan çoxlu sayda məqalə və proqramın müəllifidir. Şagird və tələbələri Beynəlxalq müsabiqələrin laureatı olub. İki tələbəsinin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitab”ına yazılmaqla onlar Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülüb.
Əliyeva Rəna Nuruş qızı 1971-1978-ci ci illərdə 15 saylı musiqi məktəbində, 1978-1982-ci illərdə Bakı məktəbəqədər kollecinin musiqi fakültəsində, 1982-1988-ci illərdə isə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının ifaçılıq fakültəsində solo oxuma ixtisası üzrə təhsil almışdır. 1988-ci ildən Azərbaycan Dövlət Radio və Televiziya Xorunda, 1990-1996 – cı illər ərzində Azərbaycan Dövlət Konservatoriyasında laborant vəzifəsində, 1995-97-ci illərdə Azərbaycan Dövlət Xor Kapellasında və 1997-2014 – cü illərdə Daxili Qoşunların Numunəvi-göstərici orkestrində solist vəzifəsində çalışmışdır. Hal-hazırda Bakı Musiqi Akademiyasında konsertmeyster sinfi kafedrasında konsertmeyster vəzifəsində çalışır.
Əmək fəaliyyətinə başladığı dövrdən bu günədək aktiv konsert fəaliyyəti ilə məşğul olur. 2010-cu ildə Prezidentin fərmanı ilə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Bütün bunları nəzərə alaraq, Əliyeva Rəna Nuruş qızının Teatr sənəti fakültəsinin Musiqili teatr aktyoru kafedrasında yarımştat müəllim vəzifəsinə keçməsinə münasibət bildirməyinizi sizdən xahiş edirəm.
Vüqar Aydın oğlu Hacıyev 1983-cü ildə Bakıda anadan olub. Xətai rayonunun 263 saylı məktəbində orta təhsil alan 2000-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqili Teatr aktyorluğu” fakültəsinə qəbul olunub. 2004-cü ildə ADMİU-nu bitirən Vüqar 2005-ci ildə Xalq artisti H.Bağırovun dəvətilə Musiqili Teatra qəbul olunub və burada E.Sabitoğlunun “Bankir adaxlı”sında nümayəndə, R.Mustafayevin “Volqalı canan”ında şair Qaynar, O.Rəcəbovun “Əlin cibində olsun”da Qəşəm, R.Əkbərin “Bəydullanın möhtəşəm toyu”nda Qeybulla, S.Fərəcovun “Bir günlük siğə” tamaşasında Xəlil, “İddialı Qaraçı”da Qraf Qaston kimi obrazları özünəməxsus ustalıqla oynayır. Bütün bunlara baxmayaraq 2012-ci ildə teatrı tərk edir. Bu arada ÜNS yaradıcılıq səhnəsində fəaliyyət göstərir. Bir müddət Asəf Zeynallı adına Texnikumda illüstrator – əvəzedici müəllim vəzifəsində çalışır. Hərbi xidmətə gedir. Xidmətini başa vurduqdan sonra Akademik Milli Dram Teatrının nəzdində yaranan teatr studiyasına gəlir. Yuğ Dövlət Dram Teatrınd aktyor ştatına qəbul edilir. O, C.Cabbarlı adına Azərbaycanfilmin istehsal etdiyi “Kücələrə su səpmişəm” və “Yalan” filmlərində uğurla iştirak edib.
Vüqar Hacıyev 2024-cü ildəm ADMİU-nun Teatr sənəti şöbəsində Musiqili tear aktyoru kafedrasında vokal müəllimi kimi fəaliyyət göstərir.
Fuad Hüseynağa Dadaşov- 1970-ci il 19 iyul Nefçalada anadan olub. Nefçalada 1 nömrəli məktəbdə rus sektoru üzrə oxuyub. Daha sonra Bakıya köçüb və 1984-cü ildə Bakı şəhəri Bülbül adına orta ixtisas musiqi məktəbi rus sektoru üzrə daxil olub və oranı 1987-ci ildə bitirmişdir. 1990-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına rus sektoru üzrə daxil olub və 1997-ci ildə bitirib. Yaradıcılıq həyatı geniş olub. 2000-2006-cı illərdə “İlder TV” yeni açılmış kanalın Mədəniyyət departament rəhbəri təyin olunub.. Hal-hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Vokal müəllimi kimi çalışır..
Professor-müəllim heyətinin tərkibi:
- Azad Şükürov – Əməkdar artist, Professor. Kafedra müdiri
- Şövqü Hüseynov – Əməkdar artist, baş müəllim
- Qurban Məsimov – Əməkdar artist, müəllim
- Nicat Kazımov – Əməkdar artist, müəllim
- İradə Xəlilova – sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent
- Brilliant Dadaşova –Xalq artisti, müəllim
- Yaqut Abdullayeva – Əməkdar artist, dosent
- Rəna Əliyeva – Əməkdar artist, müəllim
- Vüqar Hacıyev – müəllim
- Fuad Dadaşov – müəllim
- Samir Məmmədov – Konsertmeyster
- Rüfət Xəlilov – Konsertmeyster
- Aynur Əliyeva – Konsertmeyster
- Cavid Əzizov – Konsertmeyster
- Yusif Bədəlov – Konsertmeyster
- Vəsilə Quliyeva – Lobarant
Tədris Olunan Fənlər:
Bakalavriat üzrə:
- Aktyor sənəti 1
- Aktyor sənəti 2
- Aktyor sənəti 3
- Aktyor sənəti 4
- Aktyor sənəti 5
- Aktyor sənəti 6
- Aktyor sənəti 7
- Aktyor sənəti əməli təlimi
- Aktyor sənəti əməli təlim 2
- Aktyor sənəti əməli təlim 3
- Aktyor sənəti əməli təlim 4
- Aktyor sənəti əməli təlim 5
- Aktyor sənəti əməli təlim 6
- Aktyor sənəti əməli təlim 7
- Vokal 1
- Vokal 2
- Vokal 3
- Vokal 4
- Vokal 5
- Vokal ansamblı
- İstehsalat təcrübə
- Diplomqabağı təcrübə
Magistratura üzrə:
- Aktyor sənəti
- Rol üzərində iş
- Vokal 1, 2
- Pedoqoji təcrübə
- Diplomqabağı təcrübə