1950-ci ildə İnstitutu 6 teatrşünas bitirdi. Bunlar Turan Cavid, Ayişə Qasımova, Fatma Cabbarova, Gülsüm Məmmədova, Adil Babayev və Hüseyn Abbaszadə idi.

1944-cü ilin senytyabr ayında Azərbaycan Xalq Komissarları Soveti respublikada teatr təhsilinin vəziyyətini müzakirə edərək, Bakı Teatr Texnikomunun əsasında Azərbaycan Dövlət Teatr İnstitutunun yaradılması haqqında qərar qəbul etdi. Bu qərara əsasən, 1945-ci ilin iyun ayında İncəsənət İşləri İdarəsinə Bakıda Azərbaycan Dövlət Teatr İnstitutu yaradılması barəsində göstəriş verildi. İnstitutun fəaliyyət göstərməsi üçün əsasnamə təsdiq olundu. Əsasnaməyə əsasən, institutda aktyorluq, rejissorluq və teatrşünaslıq fakültələri yaradıldı. “Aktyor və rejissor sənəti” kafedrasına Rza Təhmasib, “Teatr tarixi” kafedrasına dosent A.Muradov, “Ədəbiyyat” kafedrasına isə filologiya elmləri doktoru, professor Əli Sultanlı müdir təyin olundular. 1945-ci ilin iyun ayında Teatr İnstitutuna teatrşünaslıq ixtisası üzrə ilk dəfə olaraq 10 nəfər tələbə qəbul olundu. Teatrşünaslıq kafedrasına ikinci dəfə qəbul 1948-ci ildə olmuşdur.

Ötən illər ərzində teatrşünaslıq ixtisasına yiyələnmiş onlarla mütəxəssis respublikanın müxtəlif elm-mədəniyyət ocaqlarında çalışır. Uzun müddət Azərbaycan EA Memarlıq və İncəsənət İnstitutunun müdiri vəzifəsində işləmiş İnqilab Kərimov, həmin İnstitutun elmi işçisi sənətşünaslıq namizədi Tamilla Yusifbəyli, yazıçı jurnalist Əli Səmədli, şair, dramaturq İsgəndər Coşqun, tanınmış teatrşünas Cabir Səfərov, dramaturq Qeybulla Rəsulov ali təhsillərini İncəsənət İnstitutunun bu şöbəsində almışlar. Yarandığı dövrdə Teatr tarixi adlanan Teatrşünaslıq kafedrasına A.Muradovdan sonra R.Hüseynov, M.Allahverdiyev, N.Təhməzov, T.Əfəndiyev, M.Əlizadə rəhbərlik etmişlər.

Ali təhsilin yenidən qurulması ilə əlaqədar kafedrada köklü dəyişikliklər aparılmışdır. 2007-ci ildən etibarən Universitetimizin teatrşünaslıq ixtisası ilk olaraq Boloniya təhsil sisteminə keçmişdir. Bununla əlaqədar kafedranın iş sistemi də yenilənib. Bu sistemə uyğun olaraq yeni proqramlar, metodiki tövsiyyələr, dərs vəsaitləri hazırlanıb. Kafedra tələbələrin nəzəri və praktiki biliklərini, professinal hazırlıqlarını yüksəltmək üçün rejissorluq kafedrası ilə birlikdə yaradıcılıq laboratoriyasını təşkil etmiş, vaxtaşırı teatr tamaşalarının geniş müzakirəsini keçirir. Burada teatrşünas tələbələrin həmin tamaşalar haqqında yazıları – resenziyaları oxunub müzakirə olunur, nəşrə təqdim olunur. Kafedranın müəllimləri çoxsaylı elmi əsərlərin, məqalələrin və metodiki göstəricilərin müəllifləridirlər. Kafedra müəllimləri hər yeni tədris ili başlanğıcında tədrisin və tələbərin inkişafı üçün yararlı elmi-tədqiqat işlərini kafedraya təhvil verirlər.

İlham Rəhimlinin “Dramaturgiya və teatr”, “Azərbaycan Milli teatrının poetikası”, “Azərbaycan teatr tarixi” kimi onlarla kitabı işıq üzü görüb. Məryəm Əlizadənin “Teatr: Seyr və sehr”, “Gülüşün sinonimi”, “Dördüncü ölçünün rəngləri” monoqrafiyalarının adlarını çəkmək olar. İsrafil İsrafilov “K.S.Stanislavkinin nəzəri və təcrübi irsi”, “Stanislavski və aktyor sənətinin qrammatikası”, Aydın Talıbzadə “Teatr tənqidi üzrə seminar kitabı”, “Şərq teatr tarixi”, Fəridə Cəlilova “Teatrşünaslığın müasir problemləri” kimi kitabları nəşr olunmuş və bu kitablar tədris zamanı istifadə olunan əsas vəsaitlərdəndirlər.

Kafedranın müəllimləri ölkəmizdə və xaricdə keçirilən teatr sənətinə həsr edilmiş simpoziumların fəal iştirakçılarıdırlar. Azərbcaycan teatr fikrini dövrü mətbuatda, radio və televiziyada fəal şəkildə təmsil edirlər.

Kafedra fəaliyyətə başladığı zamandan etibarən bir çox əsərlər tərcümə olunmuşdur. Hazırda kafedra müəllimləri tərəfindən demək olar, hər il əcnəbi dillərdən əsərlər və nəzəri mühazirələr tərcümə olunur. Bunlara son illərdə Fəridə Cəlilovanın tərcümə etdiyi “Dramın həyatı”(müəllif Erik Bentli), “Postdramatik teatr” (müəllif Hans-Tis Leman) kimi kitabları nümunə göstərə bilərik.

Hazırda kafedra müdiri (2015-ci ildən etibarən) sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadədir. Kafedra üzrə 4 professor; bunlardan biri məsləhətçi-professor; 2 dosent; 1 baş müəllim; 6 müəllim fəaliyyət göstərir. Kafedranın professor-müəllim heyəti 13 nəfərdən ibarətdir. Bunlardan 1 nəfər – tam ştat vahidi, 1 nəfər – 0,5 ştat vahidi, 8 nəfər – 0,5 ştat vahidi əvəzçi, 2 nəfər – saathesabı fəaliyyət göstərir.

Professor-müəllim heyətinin tərkibi:

  • Aydın Talıbzadə – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Professor, Əməkdar incəsənət xadimi
  • Məryəm Əlizadə – Sənətşünaslıq elmləri doktoru, Məsləhətçi-Professor, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü, Azərbaycan Respublikası Prezidentinin fəxri diplomçusu
  • İsrafil İsrafilov – Sənətşünaslıq elmləri doktotu, Professor, Əməkdar incəsənət xadimi
  • İlham Rəhimli – Sənətşünaslıq elmləri doktoru, Professor, Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü
  • Vidadi Qafarov- Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dosent
  • Elçin Cəfərov – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dosent
  • Fəridə Cəlilova – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Dosent
  • Lalə Səlimova – Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
  • Aygün Süleymanova – Müəllim
  • Aliyə Dadaşova – Müəllim
  • Könül Cəfərova – Müəllim
  • Emin Əliyev – Müəllim
  • Sənubər Həşimova – Saathesabı müəllim
  • Əli Hacılı – Saathesabı müəllim
  • Qönçə Firudinli – Laborant
  • Aysel Rüstəmova – Böyük laborant

Tədris Olunan Fənlər:

Bakalavriat üzrə:

  • Teatr tənqidi
  • İxtisasa giriş
  • Dram nəzəriyyəsi
  • Bədii üslublar (sahələr üzrə)
  • Azərbaycan teatr tarixi
  • Şərq teatr tarixi
  • Rus teatr tarixi
  • XIX əsr Rus teatr tarixi
  • XX əsr Rus teatr tarixi
  • Antik və orta əsrlər teatr tarixi
  • İntibah dövrü teatr tarixi
  • Klassisizm dövrü teatr tarixi
  • Maarifçilik dövrü teatr tarixi
  • XIX əsr Avropa teatr tarixi
  • XX əsr Avropa teatr tarixi
  • Postsovet ölkələrinin teatr tarixi
  • XX əsr Amerika teatr tarixi
  • Dünya teatr tarixi

Magistratura üzrə:

  • Tənqidin fenomenologiyası
  • Teatr semiotikası
  • Teatrşünaslığın müasir problemləri
  • Teatrda janr və üslub məsələləri
  • Tamaşanın bədii strukturu
  • Sənət fəlsəfəsi və teatr konseptləri
  • Teatr üçün lüğət və ensiklopediyaların tərtibi metodları
  • Klassik pyeslərin teatr paradiqması
  • Dram nəzəriyyəsi
  • Postdramatik teatr nəzəriyyəsi
  • Epik teatr nəzəriyyəsi
  • Dram nəzəriyyələrinin tarixi: Antik dövrdən XXI əsrə kimi
  • Teatrşünaslığın tarixi və metodologiyası
  • Qərb və Şərq teatrlarının inteqrasiyası tarixi
  • Müasir Azərbaycan teatrı və teatr tənqidi
  • Azərbaycan teatrının estetik prinsipləri
  • Dünya dramaturgiyası Azərbaycan səhnəsində
  • XXI əsr Azərbaycan teatrı
  • Müasir Rus teatrı və teatr tənqidi (XXI əsr)
  • Müasir Avropa və ABŞ teatrı
  • Müasir dünya teatr tənqidi
  • Aktyor sənətinin müasir inkişaf istiqamətləri
  • Aktyor məktəblərinin tarixi
  • Türkdilli xalqların teatrı
  • Rejissor sənətinin nəzəri əsasları
  • Rejissor dramaturgiyası

MBA proqramı üzrə magistratura pilləsində tədris olunan fənlər

  • Teatr fəaliyyətinin hüquqi-normativ əsasları
  • Teatrda PR işinin təşkili
  • Teatrda layihə menecmenti
  • Teatrda idarəetmə modelləri
  • Müasir teatr industriyası
  • Müasir dünya teatr trendləri

Kafedra Rəhbəri

Aydın Talıbzadə

Əməkdar incəsənət xadimi, professor

Ətraflı