ADMİU 2025/2026-cı tədris ilində təkrar ali təhsil almaq üçün qəbul elan edir

26 May 2025

İxtisasın şifri                                 İxtisasın adı
1050301Aktyor sənəti
2050302Bədii yaradıcılıq və ekran dramaturgiyası
3050304Dekorativ-tətbiqi sənət (sahələr üzrə)
4050306Dizayn (sahələr üzrə)
5050308İnstrumental ifaçılıq Klassik musiqi alətləri (fortepiano, violin, viola, gitara, klarnet, saksafon, zərb alətləri);Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban, qarmon);
6050309Musiqişünaslıq
7050310Muzey, arxiv işi və abidələrin qorunması
8050311Operator sənəti
9050312Populyar musiqi və caz ifaçılığı (vokal)
10050313Qrafika
11050314Rejissorluq
12050315Rəngkarlıq
13050316Sənətşünaslıq (sahələr üzrə) (təsviri sənətin tarixi və nəzəriyyəsi) (teatrşünaslıq) (kinoşünaslıq)
14050317Vokal sənəti (xanəndəlik)
15050209Kitabxanaçılıq və informasiya fəaliyyəti
16050213Sosiologiya
17050807Sosial iş
18050809Turizm bələdçiliyi
19050810Turizm işinin təşkili
QEYD: bütün ixtisaslar üzrə illik təhsil haqqı 2000 AZN təşkil edir.

Təkrar ali təhsil almaq istəyənlər  https://portal.edu.az/ saytında qeydiyyatdan keçdikdən sonra 20 avqust 2025-ci il tarixinədək aşağıda qeyd olunan sənədləri ADMİU-nun Ümumi Şöbəsinə (həftənin iş günləri saat 10:00-16:00) şəxsən təqdim etməlidirlər.

Tələb olunan sənədlər :

  • Rektorun adına ərizə
  • Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti
  • 2025-ci ilin məzunları bakalavr səviyyəsini bitirməsi haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript 
  • 2 ədəd fotoşəkil (3×4 sm jpeg formatında)
  • Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd)
  • Hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti (oğlanlar üçün)
  • Seçilən ixtisasa uyğun yaradıcılıq-ifa işi.

QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.

Təkrar ali təhsilə müraciət üçün ərizə formasını aşağıdakı link vasitəsi ilə yükləmək olar.

Təhsilalma tədrisə tam(fulltime) və ya qismən(parttime) cəlb edilməklə yalnız əyani şəkildə aparılır.Təhsil haqqı müqavilə əsasında ödənilir.

Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Email: info@admiu.edu.az
Əlaqə nömrəsi: (012) 599-00-54