ADMİU – 2025/2026-cı tədris ili üçün əcnəbi tələbə qəbulunu elan edir!
Sənəd qəbulu üçün son tarix: 31 avqust 2025-ci il
Bakalavr və Magistratura pilləsində dərslər 15 sentyabr 2025-ci il tarixində başlayacaq.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) ölkənin mədəniyyət və incəsənət sahəsində ixtisaslaşmış yeganə ali təhsil müəssisəsi olaraq 2025/2026-cı tədris ili üzrə hazırlıq kursuna, bakalavriat və magistratura səviyyələrinə əcnəbi vətəndaşların sənəd qəbuluna start verir.
ADMİU zəngin elmi-metodiki baza, yaradıcı mühit və yüksək ixtisaslı müəllim heyəti ilə əcnəbi tələbələrə fərqli və unikal təhsil imkanları təqdim edir.
Müraciət forması: Elektron şəkildə – portal.edu.az vasitəsilə.
Portalda qeydiyyatdan keçmə qaydası barədə ətraflı təlimat PDF formatında təqdim olunmuşdur.
Əcnəbilər portal üzərindən ixtisas və tədris dili seçimi etməklə sənədlərini elektron qaydada təqdim edir, ilkin mərhələni uğurla keçən namizədlər isə onlayn müsahibəyə dəvət olunurlar.
Tədris səviyyələri üzrə sənəd qəbulu:
Hazırlıq Kursu (Təhsil haqqı: 900 USD)
Tələb olunan sənədlər:
- Attestat və əlavəsi (xarici ölkədən alınmışsa apostil və tərcümə) və ya bakalavr diplomu və əlavəsi (apostil + tərcümə).
- Pasport,
- 3×4 ölçülü fotoşəkil,
- Sağlamlıq arayışı (QİÇS, Hepatit B və C viruslarına dair yoxlama daxil olmaqla),
Tədris dilləri: Azərbaycan və rus dili
Bakalavriat (Təhsil haqqı: 2000 USD)
Tələb olunan sənədlər:
- Attestat və əlavəsi (xarici ölkədən alınmışsa apostil və tərcümə),
- Pasport,
- 3×4 ölçülü fotoşəkil,
- Sağlamlıq arayışı (QİÇS, Hepatit B və C),
- Tədris dili üzrə imtahan nəticəsi (əgər varsa).
Tədris dilləri: Azərbaycan və rus
Magistratura (Təhsil haqqı: 2500 USD / MBA: 3000 USD)
Tələb olunan sənədlər:
- Bakalavr diplomu və əlavəsi (xarici ölkədən alınmışsa apostil və tərcümə),
- Pasport,
- 3×4 ölçülü fotoşəkil,
- Sağlamlıq arayışı (QİÇS, Hepatit B və C),
- Tədris dili üzrə imtahan nəticəsi (əgər varsa).
Tədris dilləri: Azərbaycan, rus.
MBA üzrə tədris dilləri: Azərbaycan və ingilis.
Vacib qeyd:
Diplomlar mütləq şəkildə apostil olunmalı və notariat qaydasında Azərbaycan dilinə tərcümə edilməlidir.
Əlaqə və suallar üçün: international@admiu.edu.az