“Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda konfrans keçiriləcək
30 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XXV Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.
Konfransda iştirak etmək üçün humanitar sahədə fəaliyyət göstərən elmi-tədqiqat institutlarının elmi işçiləri, ali və orta təhsil müəssisələrinin professor-müəllim heyəti, doktorant, dissertant və magistrantlar dəvət edilir.
Konfransın məqsədi:Türk xalqlarının bədii mədəniyyətinin tədqiqi sahəsində aparılan araşdırmaların nəticələrinin ümumiləşdirilməsi və elmi informasiya mübadiləsi.
Kofransın mövzu dairəsi aşağıdakı istiqamətləri əhatə edir:
• Türk xalqlarının musiqi mədəniyyəti tədqiqat obyekti kimi
• Türk xalqlarının bədii mədəniyyətinin tədqiqi problemləri
• Aida Tağızadə – tədqiqatçı və müəllim kimi
Konfransın proqramına daxil ediləcək məruzələr 05 aprel 2026-cı il tarixindən gec olmayaraq türkdilli xalqların dillərində, ingilis və rus dillərində aşağıda göstərilən e-mail ünvana göndərilməlidir: turkicmusicconference@admiu.edu.az; elahus.1961@gmail.com
Müasir reallığı nəzərə alaraq konfransın Zoom platforması əsasında məsafəli qaydada keçirilməsi istisna edilmir.
Konfransın şərtlərini təqdim edirik.

