Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada sənəti kafedrası konsertmeyster vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:

  • Musiqi sahəsi üzrə ali təhsil;
  • Ən azı 1 il iş təcrübəsi;
  • Notu üzdən oxumaq (musiqini ilk dəfədən çalmaq) bacarığı;
  • Müxtəlif musiqi janrlarına və üslublarına bələdlik;
  • Ünsiyyətcillik, tələbə ilə işləmə qabiliyyəti;
  • Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək. 

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər.

Müraciət üçün son tarix: 30.01.2026-cı il saat 18:00

Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39).