Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək
12 mart 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində 10 Mart Milli Teatr Günü və 27 Mart Beynəlxalq Teatr Günü münasibəti ilə “Teatr 2.0: Ruh və kod” adlı Beynəlxalq Tələbə Elmi Konfransı keçiriləcək.
Teatr sənəti fakültəsinin Teatrşünaslıq kafedrası tərəfindən hər il ənənəvi olaraq keçirilən konfransda yalnız tələbə-teatrşünaslar deyil, universitetin, həmçinin digər ali təhsil müəssisələrinin, eləcə də xarici ölkə universitetlərinin bakalavr və magistr tələbələri iştirak edə bilər.
“Teatr 2.0” anlayışı Web 2.0 düşüncə modelinin teatr sənətindəki analoqu kimi nəzərdə tutulur. Web 2.0 internet mühitində istifadəçini passiv informasiyanın istehlakçısından aktiv məzmun yaradıcısına çevirdiyi kimi, Teatr 2.0 da klassik teatr modelini yenidən quraraq, tamaşaçı, perfomermer və texnologiya arasında interaktiv münasibət yaradır.
Teatr bir tərəfdən canlı insan təcrübəsinə, emosional rezonansa və paylaşım hissinə – ruha, digər tərəfdən isə dramaturji struktur, rəqəmsal mühit, texnoloji mexanizmlər və alqoritmik düşüncəyə – koda əsaslanır. Süni intellekt və rəqəmsal texnologiyalar teatrın mahiyyətini əvəz etmir, əksinə, onun ifadə imkanlarını genişləndirərək yeni teatr dili formalaşdırır.
Beləliklə, Teatr 2.0 teatrın rəqəmsal erada öz canlılığını necə qoruduğunu, insan amili ilə texnoloji strukturlar arasında hansı tarazlığı qurduğunu anlamaq üçün konseptual çərçivə yaradır. “Ruh və kod” anlayışları isə bu yeni teatr təfəkkürünün əsas açarları kimi çıxış edir.
Konfransın əsas məqsədi tələbələri “Teatr 2.0: Ruh və kod” mövzusu ətrafında birləşdirərək vahid elmi problem üzərində düşünməyə, mövcud yanaşmalara münasibət bildirməyə və müzakirəyə cəlb etməkdir. Bununla yanaşı, fənlərarası inteqrasiyanı təşviq etmək, tələbələrdə elmi-nəzəri təfəkkürü və yaradıcı düşüncəni inkişaf etdirmək, onların tədqiqatçılıq bacarıqlarının formalaşmasına dəstək vermək hədəflənir.
ADMİU-nun əsas binasında, Elmi şura otağında 12 mart 2026-cı il tarixində hibrid formada keçiriləcək konfrans saat 11:00-da başlayacaq.
Qeyd: Hibrid formada təşkil ediləcək konfransın işçi dilləri Azərbaycan, türk, rus və ingilis dilləridir. Konfransa qatılmaq istəyən tələbə və magistrlər 5 səhifədən çox olmayan məruzələrini elektron mətn şəklində (A4 ölçü vərəqi, 14 ölçü, Arial şrift, 1,5 interval) 2 mart 2026-cı il tarixinə qədər konfrans@admiu.edu.az elektron poçt ünvanına göndərə bilərlər.
Əlaqə: 051 689 26 88 Qönçə Firudinli
077 606 03 93 Elçin Cəfərov
Azerbaijan State University of Culture and Arts “Theatre 2.0: Soul and Code” International Student Scientific Conference
International Student Scientific Conference is traditionally organised by the Department of Theatre Studies in the Faculty of Theatre Arts. The conference is open not only to theatre studies students, but also to bachelor’s and master’s students of other faculties of ASUCA, as well as students from other higher education institutions and foreign universities.
The concept of “Theatre 2.0” is considered an analogue of the Web 2.0 model of thinking within theatrical art. Just as Web 2.0 transformed users from passive consumers of information into active content creators, Theatre 2.0 reconfigures the classical theatrical model by establishing interactive relationships among the audience, the actor, and technology.
Currently, theatre relies on authentic human experience, emotional connection, and a sense of sharing—the soul—while also integrating dramaturgical frameworks, digital settings, technological tools, and algorithmic processes—the code. Artificial intelligence and digital technologies do not substitute the core of theatre; instead, they broaden its expressive possibilities and help develop a new theatrical language.
Thus, Theatre 2.0 provides a conceptual framework for understanding how theatre preserves its vitality in the digital era and how a balance is achieved between the human factor and technological structures. The notions of “soul” and “code” serve as key concepts in this contemporary theatrical thinking.
The main objective of the conference is to bring students together around the topic “Theatre 2.0: Soul and Code”, to engage them in reflecting on a shared scientific problem, discussing existing approaches, and fostering interdisciplinary integration, scientific-theoretical and creative thinking, as well as research skills.
The conference will take place on 12 March 2026 at the main building of ASUCA, Academic Council Hall, in a hybrid format.
Start time: 11:00
Note: The conference will be held in a hybrid format. The working languages of the conference are Azerbaijani, Turkish, Russian, and English. Bachelor’s and master’s students wishing to participate are invited to submit papers of no more than 5 pages (A4 format, Arial font, 14 pt, 1.5-line spacing) by 2 March 2026 to: konfrans@admiu.edu.az
Contact:
+994 51 689 26 88 — Goncha Firudinli
+994 77 606 03 93 — Elchin Jafarov
Азербайджанском государственный университет культуры и искусств (АГУКИ)
«Театр 2.0: Дух и код» Международная студенческая научная конференция
Международная студенческая научная конференция
Конференция, ежегодно проводимая кафедрой театроведения факультета театрального искусства, открыта не только для студентов-театроведов, но и для студентов бакалавриата и магистратуры других факультетов АГУКИ, а также других высших учебных заведений и зарубежных университетов.
Понятие «Театр 2.0» рассматривается как аналог модели мышления Web 2.0 в театральном искусстве. Подобно тому, как Web 2.0 превратил пользователя из пассивного потребителя информации в активного создателя контента, Театр 2.0 переосмысливает классическую театральную модель, формируя интерактивные отношения между зрителем, актером и технологией.
На данном этапе театр, с одной стороны, опирается на живой человеческий опыт, эмоциональный резонанс и чувство соучастия — дух, а с другой — на драматургическую структуру, цифровую среду, технологические механизмы и алгоритмическое мышление — код. Искусственный интеллект и цифровые технологии не подменяют сущность театра, а, напротив, расширяют его выразительные возможности, формируя новый театральный язык.
Таким образом, Театр 2.0 создает концептуальную рамку для осмысления того, каким образом театр сохраняет свою живую природу в цифровую эпоху и какой баланс выстраивается между человеческим фактором и технологическими структурами. Понятия «дух» и «код» выступают ключевыми категориями данного театрального мышления.
Основной целью конференции является объединение студентов вокруг темы «Театр 2.0: Дух и код», вовлечение их в осмысление единой научной проблемы, обсуждение существующих подходов, а также развитие междисциплинарной интеграции, научно-теоретического и творческого мышления, исследовательских навыков.
Конференция состоится 12 марта 2026 года в основном здании АГУКИ, в зале Учёного совета, в гибридном формате.
Начало: 11:00
Примечание: Конференция будет проходить в гибридном формате. Рабочие языки конференции: азербайджанский, турецкий, русский и английский. Студенты бакалавриата и магистратуры, желающие принять участие, должны направить свои доклады объемом не более 5 страниц (формат A4, шрифт Arial, 14 pt, межстрочный интервал 1,5) до 2 марта 2026 года на электронный адрес: konfrans@admiu.edu.az
Контакты:
051 689 26 88 — Гёнча Фирудинли
077 606 03 93 — Эльчин Джафаров

