ADMİU-nun əməkdaşları DİM tərəfindən təltif olunublar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsi Təsviri sənət kafedrasının baş müəllimi Zöhrab Cabbarov, Aşıq sənəti kafedrasının müdiri, dosent Samirə Əliyeva, ADMİU Sabah qruplarının rəhbəri, dosent Nofəl Vəliyev Dövlət İmtahan Mərkəzinin (DİM)10 illik yubileyi münasibəti ilə Azərbaycan Respublikasında təhsilin qiymətləndirilməsi sahəsində aparılan islahatların uğurla həyata keçirilməsində Mərkəzin fəaliyyətinə verdiyi töhfələrə görə DİM İdarə Heyətinin sədri Məleykə Abbaszadə tərəfindən Fəxri fərmanla təltif olunublar.