ADMİU-nun məzun və tələbələrinin ifasında “Paris Notr-Dam”
15-16 aprel 2026-cı il tarixlərində Heydər Əliyev Sarayında ƏSA Teatrının təqdimatında Viktor Hüqonun eyniadlı romanı əsasında orijinal səhnələşdirmə- “Paris Notr-Dam” musiqili tamaşasının premyerası keçirilib.
Layihə rəhbəri və quruluşçu rejissoru Nihad Qulamzadə olan səhnə əsərinin yaradıcı heyəti və aktyorları Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzun və tələbələrindən təşkil olunub.
Tamaşanın prodüserləri Nicat Qulam, Emin Əliyev, xoreqraf Məlik Həsənov, ekran vizuallarının rejissoru və işıq rəssamı Binyamin Sailov, səhnə tərtibatçısı Tamerlan Abdullayev, vokal üzrə rejissor Vüqar Hacıyev, ikinci rejissor Nuray Musazadə, səs rejissoru Zaur Akimov, librettonun adaptasiya müəllifi Həmid Piriyev, qrim rəssamı Firəngiz Həsənli, geyim rəssamı Günay Ömərdir.
Tamaşada əsas rolları ADMİU-nun məzun və tələbələri- Elsevər Rəhimov (Kvazimodo), Lalə Süleymanova (Esmeralda), Elşən Əskərov (Frollo), Səmayə Qulamzadə (Flör-de-Lis), Əbülfəz İskəngərli (Klopin), Elçin Nurəliyev (Feb), Şirqasım Canməmmədov (Qrenquar) və başqaları ifa ediblər.
Qeyd edək ki, tamaşanın növbəti nümayişi 26 iyun 20:00-da Heydər Əliyev Sarayında baş tutacaq.

