ADMİU SABAH qruplarının tələbələri Qırğızıstanda keçirilən festivalda uğura imza atıblar

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları “Aktyor sənəti” ixtisası üzrə IV kurs təhsil ili tələbələri Qırğızıstanın Bişkek şəhərində keçirilən “Жаңы Ысымдар” XI Beynəlxalq Tələbə Teatr Festivalında onlayn formatda Yura Zoyferin “Vineta və ya batmış şəhər” tamaşası ilə uğurla iştirak ediblər.
Festiva çərçivəsində aprelin 18-də nümayiş etdirilən tamaşa “Ən yaxşı tamaşa” nominasiyası üzrə III yerə layiq görülüb.
Həmçinin, “Ən yaxşı kişi rolunun ifası” nominasiyasında ADMİU-nun tələbəsi Rahib Allahquliyev tamaşada canlandırdığı qoca dənizçi Conni roluna görə qalib gəlib.
Müəllim Mikayıl Mikayılov isə “Ən yaxşı eksperiment” nominasiya üzrə xüsusi mükafata layiq görülüb.