ADMİU-nun tələbəsi beynəlxalq festivalda uğur qazanıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) aktyor sənəti ixtisası 4-cü təhsil ili tələbəsi Məhəmmədəli Namazov beynəlxalq festivalda uğura imza atıb.
Belə ki, onun “Kamera qarşısında iş” fənni üzrə çəkdiyi “İçimdəki səs” filmi Fescilmar Beynəlxalq Film Festivalının Polşa sessiyasında mükafata layiq görülüb. Ekran əsəri festival çərçivəsində “Ən yaxşı qısametrajlı dram filmi” nominasiyası üzrə qalib seçilib.
Qeyd edək ki, “Kamera qarşısında iş” fənnini Kino-televiziya sənətləri kafedrasının dosenti Yusif Quliyev tədris edir.