Ümumtəhsil məktəblərində ADMİU tələbələrinintəsviri incəsənət fənni üzrə layihələrinə baxış keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin IV kurs “Təsviri incəsənət müəllimliyi” ixtisası tələbələri 2025-2026-cı tədris ilinin 16 fevral – 22 may tarixlərində Bakının Yasamal rayonunda yerləşən 175, 176 və 225 nömrəli tam orta ümumtəhsil məktəblərində pedaqoji təcrübəni keçməkdə davam edirlər.
4-5 may 2026-cı il tarixlərində ADMİU-nun Təsviri sənət kafedrasının baş müəllimi Kəmalə Cəfərzadənin rəhbərliyi ilə ümumtəhsil məktəblərində tələbələrin “Təsviri incəsənət” fənn həftəsi çərçivəsində müxtəlif siniflərlə hazırladıqları layihələrin təqdimatı keçirilib. Hər üç məktəbdə pedaqoji təcrübə keçən bütün tələbər layihədə iştirak edərək şagirdlərlə birgə görülən işlər barədə məlumat veriblər.
Ümumtəhsil məktəblərində keçirilən təsviri incəsənət dərslərində və dərsdənkənar məşğələlərdə layihə metodunun təşkili aktual məsələlərdən biridir. Onun mahiyyəti – şagirdlərin inteqrativ fənlər arasında müəyyən edilmiş hər-hansı bir problemlərə marağını stimullaşdırmaq, müəyyən məlumatların əldə edilməsini təmin etmək və bu problemlərin aşkara çıxarılması, əldə olunan biliklərin təsviri sənət vasitəsilə praktiki tətbiqi, reflektor inkişafı və ya tənqidi düşüncə vasitəsi ilə həll olunmasından ibarətdir. Layihədə üstünlük təşkil edən fəaliyyətlər müxtəlifdir: tədqiqat, axtarış, analiz, sintez, yaradıcılıq, tətbiq və s.
Mövzular arasında “Tullantılardan incəsənətə”, “Vulkanlar”, “Geyimdə mədəni kimlik”, “Filmin izi ilə”, “Qarabağ meşələri”, “Gələcəyin yaşıl şəhəri”, “Sosial şəbəkə asılılığı”, “Küləyin sirri”, “Dizayn və sənət”, “Ümumdünya rəssamlar günü”, “Günəş sistemi və planetlər”, “Rəqəmsal təhlükəsizlik” və s. layihələr yer alıb.
Layihənin təqdimatında ADMİU-dan Tədris şöbəsinin müdiri Namiq Qafarov, aparıcı mütəxəssis Nizami Bayramlı, Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, Təsviri sənət kafedrasının müdiri Rəşad Cabbarov, baş müəllimlər Kəmalə Cəfərzadə, Elçin Cabbarov, Zöhrab Cabbarov, Şafiq Osmanov, ümumtəhsil məktəblərindən 175 nömrəli tam orta məktəbin direktoru Rövşən Allahverdiyev, Təlim-tərbiyə işləri üzrə direktor müavini Zaur Ələkbərov, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Həcər Məmmədova, uşaq birliyi rəhbəri Yasəmən Əliyeva, təsviri incəsənət müəllimi Asiya Məmmədova, 176 nömrəli tam orta məktəbin direktoru Ceyhun Bayramlı, təlim-tərbiyə işləri üzrə direktor müavini Nuranə Yaqubzadə, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Günay Şirinova, direktorun təsərrüfat işləri üzrə müavini Heydər İmanov, 225 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Hilalə Nəsibova,
məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı Zenfira Nusalova,
Uşaq birliyi rəhbəri Gülnarə Hüseynova, təsviri incəsənət müəllimi Südabə Bəhramova iştirak ediblər.