Korrupsiyaya qarşı mübarizə mövzusunda maarifləndirmə tədbiri keçirilib

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üzrə Milli Fəaliyyət Planı” çərçivəsində Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi İş Planına uyğun olaraq maarifləndirmə və antikorrupsiya istiqamətində tədbir uğurla həyata keçirilib.
TEYC tərəfindən təşkil olunan tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətdə şəffaflıq və dürüstlük prinsiplərinin təbliği, antikorrupsiya mədəniyyətinin formalaşdırılması və hüquqi maarifləndirmənin gücləndirilməsi olub.
Tədbir zamanı korrupsiyaya qarşı mübarizənin əsas istiqamətləri, etik davranış və akademik dürüstlük prinsipləri, həmçinin ictimai məsuliyyət və şəffaf idarəetmə məsələləri ətrafında ətraflı müzakirələr aparılıb.
Azərbaycan Turizm və Menecment Universitetinin baş hüquqşünası, eyni zamanda Azərbaycan Dövlət və Mədəniyyət Universitetinin (ADMİU) hüquqşünası Aydın Kərimov tərəfindən ADMİU-nun Kulturologiya fakültəsində “Ali təhsil müəssisələrində korrupsiyaya qarşı mübarizə” mövzusunda təlim keçirilib, iştirakçıların sualları cavablandırılıb.
İştirakçılar tərəfindən maraqla qarşılanan tədbir mövzu üzrə faydalı fikir mübadiləsi ilə yadda qalıb.
Daha şəffaf və məsuliyyətli cəmiyyətin formalaşdırılması istiqamətində bu kimi təşəbbüslərin davam etdirilməsi nəzərdə tutulur.