Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş elmi seminar keçirilib

Mayın 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasının təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Universitetin kitabxanasında baş tutan tədbir gənclərin milli dövlətçilik ideyalarına bağlılığının möhkəmləndirilməsi, eləcə də Ulu öndərin zəngin siyasi irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Tədbiri Kulturologiya fakültəsinin dekanı, dosent Səyavuş Məhişov giriş sözü ilə açaraq bildirib ki, Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafında, milli-mənəvi dəyərlərin qorunmasında və gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində misilsiz xidmətləri olub. O vurğulayıb ki, Ulu öndərin siyasi kursu bu gün də ölkənin inkişaf strategiyasının əsasını təşkil edir və tələbə gənclər üçün mühüm örnəkdir.
Daha sonra Sosial-siyasi elmlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Əfşan Şəfiyeva məruzə ilə çıxış edərək bildirib ki, Heydər Əliyevin zəngin siyasi və dövlətçilik irsi Azərbaycan xalqının milli yaddaşında mühüm yer tutur. O qeyd edib ki, Ulu Öndərin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan müstəqil dövlət kimi möhkəmlənib, ölkədə sabitlik və inkişaf təmin olunub.
Əfşan Şəfiyeva məruzəsində Heydər Əliyevin dövlət quruculuğu siyasəti, təhsil və mədəniyyət sahəsində həyata keçirdiyi islahatlar, eləcə də Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmləndirilməsi istiqamətində gördüyü mühüm işlərdən bəhs edib. O bildirib ki, Ulu Öndərin elmə, təhsilə və milli-mədəni dəyərlərin qorunmasına göstərdiyi xüsusi diqqət bu gün də ölkənin inkişaf strategiyasının əsas istiqamətlərindən birini təşkil edir.
Çıxış zamanı tələbələrin tarixə və dövlətçilik ənənələrinə marağının artırılmasının vacibliyi də vurğulanıb. Bildirilib ki, gənclərin milli ideologiya ruhunda yetişməsi cəmiyyətin gələcək inkişafı üçün mühüm əhəmiyyət daşıyır və belə elmi seminarlar tələbələrin elmi araşdırmalara marağının gücləndirilməsinə, onların milli kimlik və vətənpərvərlik düşüncəsinin formalaşmasına mühüm töhfə verir. Məruzə iştirakçılar tərəfindən maraqla qarşılanıb və mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda qeyd olunub ki, belə elmi seminarların təşkili tələbələrin tarixə, dövlətçilik ənənələrinə və milli ideologiyaya marağının artırılması baxımından xüsusi önəm daşıyır.
Seminar iştirakçıları Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad edərək onun ideyalarının Azərbaycan gəncliyi üçün daim mayak olduğunu vurğulayıblar.