SABAH-da Nadir Hüseynova ithaf…
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları IV təhsil ili “Aktyor sənəti” tələbələri mərhum professor Nadir Hüseynovun əziz xatirəsinə ithaf olaraq Bəxtiyar Vahabzadənin “Ləyaqət” poemasını səhnələşdiriblər.
Eyniadlı səhnə həlli plastik ədəbi bədii material kimi birhissəli axtarış janrında hazırlanıb.

