ADMİU-nun tələbələri ADA Məktəbinin səhnəsində

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr sənəti fakültəsi “Səhnə danışığı” kafedrasının müdiri, Xalq artisti, professor Məmmədsəfa Qasımovun rəhbərliyi ilə kafedranın II tədris ili tələbələri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ADA Məktəbinin uşaqları üçün xüsusi bayram tədbiri təşkil ediblər.
Tədbir çərçivəsində tələbələr uşaqlar üçün maraqlı proqramla çıxış ediblər. Proqramın əsas hissəsini “Göyçək Fatma” nağılı əsasında qurulmuş xüsusi tamaşa təşkil edib.
ADA Məktəbinin şagirdləri tərəfindən böyük maraq və sevinclə qarşılanan bu bədii kompozisiya uşaqlara unudulmaz bayram əhval-ruhiyyəsi bəxş edib.
Qeyd edək ki, bu aksiya tələbələrin həm uşaqlara diqqət və qayğısını nümayiş etdirmək, həm də Uşaqların Beynəlxalq Müdafiəsi Gününün önəmini yaradıcı şəkildə qeyd etmək məqsədi daşıyıb.