Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Yaradıcılıq layihələrinin idarə olunması şöbəsi rejissor vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- İxtisas üzrə ali təhsil (magistr təhsili);
- Müvafiq sahədə 3 il iş təcrübəsi;
- Kreativ düşüncə və yaradıcı yanaşma bacarığına malik olmaq;
- Məsuliyyətli, operativ, komanda ilə işləmək və koordinasiya bacarığı;
- Sosial media və rəqəmsal kommunikasiya alətlərindən istifadə bacarığı (Adobe proqramları, Excel, Word Rəqəmsal marketinq və s.);
- Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 30.12.2025-ci il saat 18:00
Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

