Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Yaradıcılıq layihələrinin idarə olunması şöbəsi rejissor vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:

  • İxtisas üzrə ali təhsil (magistr təhsili);
  • Müvafiq sahədə 3 il iş təcrübəsi;
  • Kreativ düşüncə və yaradıcı yanaşma bacarığına malik olmaq;
  • Məsuliyyətli, operativ, komanda ilə işləmək və koordinasiya bacarığı;
  • Sosial media və rəqəmsal kommunikasiya alətlərindən istifadə bacarığı (Adobe proqramları, Excel, Word Rəqəmsal marketinq və s.);
  • Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək. 

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər.

Müraciət üçün son tarix: 30.12.2025-ci il saat 18:00

Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)