Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər fakültəsi dekan müavini vəzifəsi üzrə vakansiya elan edir

Tələblər:

  • Ali təhsil (magistr təhsili);
  • Elmi dərəcə və (və ya) elmi ad (arzuolunandır);
  • Azərbaycan Respublikası təhsil qanunvericiliyi və ADMİU-nun təhsil sisteminə dair biliklərə malik olmaq;
  • Minimum 3 il elmi-pedaqoji təcrübə;
  • Liderlik və idarəetmə bacarığı;
  • İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
  • Tələbəyönümlü tədris metodlarından istifadəni, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək;
  • Təhsil haqqında Azərbaycan Respublikasının Qanunlarını, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək.

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər.

Müraciət üçün son tarix: 15.01.2026-cı il saat 18:00

Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar  pr. 39)