Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Audiovizual sənətlər fakültəsi dekan müavini vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Ali təhsil (magistr təhsili);
- Elmi dərəcə və (və ya) elmi ad (arzuolunandır);
- Azərbaycan Respublikası təhsil qanunvericiliyi və ADMİU-nun təhsil sisteminə dair biliklərə malik olmaq;
- Minimum 3 il elmi-pedaqoji təcrübə;
- Liderlik və idarəetmə bacarığı;
- İnnovativ, interaktiv metod və texnologiyalardan istifadə bacarığı;
- Tələbəyönümlü tədris metodlarından istifadəni, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək;
- Təhsil haqqında Azərbaycan Respublikasının Qanunlarını, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 15.01.2026-cı il saat 18:00
Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)

