Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Estrada sənəti kafedrası konsertmeyster vəzifəsi üzrə vakansiya elan edir
Tələblər:
- Musiqi sahəsi üzrə ali təhsil;
- Ən azı 1 il iş təcrübəsi;
- Notu üzdən oxumaq (musiqini ilk dəfədən çalmaq) bacarığı;
- Müxtəlif musiqi janrlarına və üslublarına bələdlik;
- Ünsiyyətcillik, tələbə ilə işləmə qabiliyyəti;
- Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək.
Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə bilərlər.
Müraciət üçün son tarix: 30.01.2026-cı il saat 18:00
Yalnız vakansiyanın tələblərinə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39).

