ADMİU-da QS Performing Arts üzrə ilk komissiya iclası keçirilib
İyunun 3-də ADMİU-da universitetin QS World University Rankings by Subject – Performing Arts reytinqində təmsil olunması ilə bağlı komissiyanın ilk iclası keçirilib.
İclasda ADMİU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru dosent Sevil Kərimova, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət siyasəti şöbəsinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova, Teatrşünaslıq kafedrasının müdiri professor Aydın Talıbzadə, Keyfiyyət təminatı və strateji planlama departamentinin müdir müavini dosent Elçin Cəfərov, Teatr sənəti fakültəsinin dekanı dosent Kəmalə Mehdiyeva, dekan müavini Əli Hacılı, Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Kərimov və Elm və doktorantura şöbəsinin müdiri Fəridə Cəlilova iştirak ediblər.
Görüşdə QS Performing Arts üzrə qiymətləndirmə meyarları, beynəlxalq təmsilçiliyinin və akademik nüfuzun artırılması, eləcə də reytinqə daxilolma üzrə fəaliyyət planı müzakirə olunub. Komissiya üzvləri arasında vəzifə bölgüsü aparılıb və növbəti mərhələlər üzrə prioritetlər müəyyənləşdirilib.
ADMİU-nun beynəlxalq reytinqlərdə mövqeyinin gücləndirilməsi universitetin beynəlmiləlləşmə strategiyasının əsas prioritetlərindən biridir.

