“Azərbaycan silahşünaslığının aktual problemləri” adlı İkinci beynəlxalq elmi-praktik konfrans

Konfransın tarixi: 29-30 oktyabr 2026-ci il 

Konfransın keçirildiyi yer: Azərbaycan Milli Xalça Muzeyi

Konfransın keçirilməsində məqsəd: Azərbaycanın qədim dövrlərdən bu günə qədər tarixi silahşünaslığına dair müasir tədqiqat və materialları elmi dövriyyəyə daxil etmək, yerli və xarici muzeylərdə, eləcə də şəxsi kolleksiyalarda saxlanılan Azərbaycan silahları haqqında məlumat mübadiləsini təşkil etmək;tarixi silahların mühafizəsi, nümayişi və bərpası problemlərini müzakirə etmək; tarixi silahların mədəniyyət və incəsənətdə əks etdirilməsi məsələlərinə toxunmaq; bədii silah istehsalının ənənəvi sənətkarlıq növü kimi canlandırılması perspektivlərini müzakirə etmək.

Konfransın keçirilmə forması: təşkilatçıların açılış (salamlama) nitqi, iştirakçıların məruzələri, nəticələrin yekunlaşdırılması üçün dəyirmi masa.

Məruzələr aşağıdakı bölmələrdə təqdim olunur;

1. Azərbaycanın silahşünaslığına dair yeni tədqiqatlar;

2. Tarixi silahların mühafizəsi, bərpası və nümayişi problemləri;

3. Tarixi silahın bədii mədəniyyətdə yeri və rolu;

4. Tarixi silah Azərbaycan dekorativ-tətbiqi sənətinin tərkib hissəsi kimi: ənənənin dirçəlişi.

Konfransın sonunda dəyirmi masa.

Konfrans materialları aşağıdakı mövzularda təqdim edilməlidir:

Bölmə 1. “Azərbaycanın silahşünaslığına dair yeni tədqiqatlar”.

Alt bölmələr:

– Azərbaycanda silah tarixinin ümumi problemləri;

– Azərbaycanın tanınmış silah ustaları;

– Azərbaycanda silah istehsalının tarixi;

– Azərbaycan silah sənətinin şah əsərlərinin tarixi;

– Azərbaycan tarixi silahının tədqiqinə dair yeni mənbələr;

– Hərbi arxeologiya.

Bölmə 2. “Tarixi silahların mühafizəsi, bərpası və nümayişi problemləri”.

Alt bölmələr:

– Azərbaycan silahları muzey kolleksiyalarında;

– Tarixi silahların bərpası: müasirlik və ənənə;

– Silah sahibləri və kolleksiyaçıları. Azərbaycanda silah kolleksiyalarının tarixi;

– Silah kolleksiyalarının təqdimatına innovativ yanaşmalar: interaktiv və multimedia texnologiyaları.

Bölmə 3. “Tarixi silahların bədii mədəniyyətdə yeri və rolu”.

Alt bölmələr:

– Təsviri sənətdə silahların bədii interpretasiyası problemləri;

– Ədəbiyyat və folklorda silahların bədii əksi.

Bölmə 4. “Tarixi silah Azərbaycan dekorativ-tətbiqi sənətinin tərkib hissəsi kimi: ənənənin dirçəlişi”

Alt bölmələr:

– Silahların hazırlanması müasir Azərbaycan dekorativ-tətbiqi sənətinin tərkib hissəsi kimi;

– Bədii silah incəsənətin yeni forması kimi.

Məruzələrə ayrılan vaxt:

Məruzə – 10 dəqiqəyə qədər.

Müzakirə zamanı çıxış – 5 dəqiqəyə qədər

Konfransa göndəriləcək məruzələr:

Konfransa daha əvvəl başqa hər hansı bir yerdə nəşr və məruzə olunmamış orijinal tədqiqat işləri göndərilməlidir. Konfransın daha çox tədqiqatçının iştirakını təmin edə bilməsi üçün bir müəllif maksimum 2 məruzə ilə iştirak edə bilər. Məruzə yalnız müəlliflərin özləri tərəfindən göndərilməli və təqdim edilməlidir.

Məruzə həcmi – 5 səhifəyə qədər.

Yazı qaydası: Məruzələr 14 ölçülü Times New Roman şrifti ilə, sətirarası məsafə 1,5 olmaqla, sol kənardan 3 sm, yuxarı və aşağıdan 2 sm, sağ tərəfdən isə 1,5 sm boş yer saxlanılan A4 ölçülü vərəqdə yazılır. Səhifə nömrələri vərəqlərin aşağı sağ küncündə qeyd olunur. Məruzənin ilk vərəqində məruzənin başlığı və məruzçənin adı-soyadı, elmi dərəcəsi və elmi adı, təmsil etdiyi qurumun adı, əlaqə üçün telefon nömrəsi və e-mail göstərilməlidir.

Göndərmə forması: Məruzələr yalnız Word formatında qəbul ediləcəkdir (PDF qəbul edilmir). Məruzələr göstərilən tarixə qədər göndərilməlidir.

Məruzələrin son təqdim edilmə vaxtı: 15 avqust 2026-ci il

Dil seçimi: Azərbaycan dili, ingilis dili

Ön qiymətləndirmə: Məruzələr rəyçilər və konfransın təşkilat komitəsi tərəfindən qiymətləndiriləcək. Məqalənin qəbul edilməsi barədə məruzəçiyə 30 sentyabr 2026-ci il tarixinə qədər məlumat veriləcək.

Qiymətləndirmə meyarları: Başlıq-məzmun uyğunluğu, ədəbiyyat və metodiki uyğunluq, elmi töhfə, aktuallıq, orijinallıq və yazı adekvatlığı nəzərə alınır.

Məruzəyə aid foto və video (prezentasiya): məruzə mətninə aid fotoşəkillərdən və ya video prezentasiya nəzərdə tutulursa, son səhifədə qeyd edilməlidir.

Məruzələrinizi, telefon nömrənizi və e-poçt ünvanınızı 15 avqust 2026-cı il tarixinədək elmikonfrans2026@gmail.com ünvanına göndərməyinizi xahiş edirik. 

The 2nd International Scientific-Practical Conference
on “Current Issues of Azerbaijani Arms and Armor Studies”

Dates: October 29–30, 2026

Venue: Azerbaijan National Carpet Museum

Aim of the Conference: To introduce contemporary research and newly discovered materials related to the history of Azerbaijani arms and armor – from ancient times to the present day – into academic circulation; to facilitate the exchange of information on Azerbaijani weapons preserved in local and international museums as well as private collections; to discuss issues concerning the preservation, exhibition, and restoration of historical weapons; to address the representation of historical arms in culture and the arts; and to explore the prospects for reviving the production of artistic weapons as a traditional craft.

Conference Format: Opening and welcome speeches by the organizers, participants’ presentations, and a roundtable discussion dedicated to summarizing the outcomes of the conference.

Presentations will be delivered within the following sections:

  1. New Research on Azerbaijani Arms and Armor Studies;
  2. Issues in the Preservation, Restoration, and Exhibition of Historical Weapons;
  3. The Place and Role of Historical Weapons in Artistic Culture;
  4. Historical Weapons as an Integral Part of Azerbaijani Decorative and Applied Arts: Reviving the Tradition.

A roundtable discussion will be held at the conclusion of the conference

Conference materials should be submitted on the following topics:

Section 1. “New Research on Azerbaijani Arms and Armor Studies”

Subsections:

  • General issues in the history of arms and armor in Azerbaijan;
  • Renowned Azerbaijani weapons masters;
  • The history of weapon production in Azerbaijan;
  • The history of masterpieces of Azerbaijani weapon art;
  • New sources on the study of Azerbaijan’s historical weapons;
  • Military archaeology.

Section 2. “Issues in the Preservation, Restoration, and Exhibition of Historical Weapons”

Subsections:

  • Azerbaijani weapons in museum collections;
  • Restoration of historical weapons: modern approaches and traditions;
  • Weapon owners and collectors. The history of weapon collections in Azerbaijan;
  • Innovative approaches to the presentation of weapon collections: interactive and multimedia technologies

Section 3. “The Place and Role of Historical Weapons in Artistic Culture”

Subsections:

  • Issues related to the depiction of weapons in visual arts;
  • Artistic representations of weapons in literature and folklore.

Section 4. “Historical Weapons as an Integral Part of Azerbaijani Decorative and Applied Arts: Reviving the Tradition”

Subsections:

  • Weapon making as a component of contemporary Azerbaijani decorative and applied arts;
  • Artistic weapons as a new form of art.

Time allocated for presentations:

Presentation – up to 10 minutes.
Discussion remarks – up to 5 minutes.

Papers to be submitted to the conference:

The conference accepts original research papers that have not previously been published or presented elsewhere. In order to ensure broader participation among researchers, each author may participate with a maximum of two papers. Papers must be submitted and presented only by their authors.

Paper Length – up to 5 pages.

Formatting Requirements: Papers should be prepared on A4-sized paper using 14-point Times New Roman font with 1.5 line spacing. Margins should be set as follows: 3 cm on the left, 2 cm at the top and bottom, and 1.5 cm on the right. Page numbers should be indicated in the lower right corner of each page. The first page of the paper must include the title of the presentation, the presenter’s full name, academic degree and title, the name of the institution represented, as well as a contact phone number and e-mail address.

Submission Format: Papers will only be accepted in Word format (PDF files will not be accepted). Papers must be submitted by the specified deadline.

Deadline for Papers: August 15, 2026

Languages: Azerbaijani, English

Preliminary Review: Papers will be evaluated by reviewers and the conference organizing committee. Authors will be informed about the acceptance of their papers by September 30, 2026.

Evaluation Criteria: The evaluation will take into account the relevance of the title to the content, the adequacy of literature and methodology, scientific contribution, relevance, originality, and quality of writing.

Photos and Videos (Presentation Materials): If photographs related to the paper or a video presentation are intended to accompany the presentation, this should be indicated on the final page of the paper.

Please send your papers, along with your phone number and e-mail address, to elmikonfrans2026@gmail.com no later than August 15, 2026.