ADMİU 2026/2027-ci tədris ilində təkrar ali təhsil almaq üçün qəbul elan edir
| № | İxtisasın şifri | İxtisasın adı | Bölmə | İllik təhsil haqqı |
| 1 | 6003001 | Aktyor sənəti (sahələr üzrə) | Azərbaycan/rus | 2300 AZN |
| 2 | 6003003 | Dekorativ-tətbiqi sənət (sahələr üzrə) | Azərbaycan/rus | 2300 AZN |
| 3 | 6003005 | Dizayn (sahələr üzrə) | Azərbaycan/rus | 2300 AZN |
| 4 | 6003006 | Ədəbi yaradıcılıq və ekran dramaturgiyası | Azərbaycan | 2400 AZN |
| 5 | 6003009 | İnstrumental ifaçılıq Klassik musiqi alətləri (fortepiano, violin, viola, gitara, klarnet, saksafon, zərb alətləri); Xalq çalğı alətləri ifaçılığı (tar, kamança, saz, qanun, nağara, balaban, qarmon); | Azərbaycan | 2500 AZN |
| 6 | 6003010 | Qrafika | Azərbaycan/rus | 2500 AZN |
| 7 | 6003012 | Muzey, arxiv işi və abidələrin qorunması | Azərbaycan/rus | 2300 AZN |
| 8 | 6003013 | Operator sənəti | Azərbaycan/rus | 2000 AZN |
| 9 | 6003014 | Populyar musiqi və caz ifaçılığı (vokal) | Azərbaycan | 2500 AZN |
| 10 | 6003015 | Rejissorluq (sahələr üzrə) | Azərbaycan | 2200 AZN |
| 11 | 6003016 | Rəngkarlıq | Azərbaycan | 2200 AZN |
| 12 | 6003017 | Sənətşünaslıq (sahələr üzrə) (təsviri sənətin tarixi və nəzəriyyəsi) (teatrşünaslıq) (kinoşünaslıq) | Azərbaycan | 2400 AZN |
| 13 | 6003018 | Vokal sənəti (xanəndə) | Azərbaycan | 2500 AZN |
| 14 | 6008006 | Sosial iş | Azərbaycan | 2200 AZN |
| 15 | 6008007 | Turizm bələdçiliyi | Azərbaycan | 2200 AZN |
| 16 | 6008008 | Turizm işinin təşkili | Azərbaycan | 2200 AZN |
| 17 | 6002010 | Kitabxanaçılıq və informasiya fəaliyyəti | Azərbaycan | 2200 AZN |
| 18 | 6002015 | Sosiologiya | Azərbaycan | 2300 AZN |
Təkrar ali təhsil almaq istəyənlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçdikdən sonra 31 avqust 2026-cı il tarixinədək aşağıda qeyd olunan sənədləri ADMİU-nun Tədris Şöbəsinə (həftənin iş günləri saat 10:00-16:00) şəxsən təqdim etməlidirlər.
Tələb olunan sənədlər :
- Rektorun adına ərizə
- Ali təhsil haqqında sənədin (diplomun və diploma əlavənin) notarial qaydada təsdiqlənmiş surəti
- 2026-cı ilin məzunları bakalavr səviyyəsini bitirməsi haqqında gerbli möhürlə təsdiq olunmuş arayış və transkript
- 2 ədəd fotoşəkil (3×4 sm jpeg formatında)
- Şəxsiyyət vəsiqəsinin surəti (soyadı dəyişdiyi halda, təsdiqedici sənəd)
- Hərbi biletin notarial qaydada təsdiq olunmuş surəti (oğlanlar üçün)
- Seçilən ixtisasa uyğun yaradıcılıq-ifa işi.
QEYD: 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamə təqdim etməlidirlər.
Təkrar ali təhsilə müraciət üçün ərizə formasını aşağıdakı link vasitəsi ilə yükləmək olar.
Təhsilalma tədrisə tam (fulltime) və ya qismən (parttime) cəlb edilməklə yalnız əyani şəkildə aparılır.
Təhsil haqqı müqavilə əsasında ödənilir.
Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39.
Email: info@admiu.edu.az
Əlaqə nömrəsi: (012) 599-00-54

