“İnsan Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbirləri

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş 18 may – 18 iyun “İnsan Hüquqları Aylığı” çərçivəsində insan hüquq və azadlıqlarının təbliği, hüquqi maarifləndirmənin artırılması və cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə məlumatlandırma tədbirləri həyata keçirilmişdir.

13 iyun saat 15:00-da Google Meet platforması üzərindən onlayn formatda “İnsan hüquqları və vətəndaş məsuliyyəti” mövzusunda təlim keçiriləcəkdir. Təlimin qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Quliyev Abbas Səfər oğlu olacaqdır.

İnsan hüquqlarının müdafiəsi və cəmiyyətin bu sahədə məlumatlılığının yüksəldilməsi istiqamətində bu kimi təşəbbüslərin davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.