ADMİU-da yay semestrinin son Elmi Şura iclası keçirilib

22 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində yay semestrinin son Elmi Şura iclası keçirilib.

İclasda universitet rəhbərliyi, Elmi Şuranın üzvləri və aidiyyəti struktur bölmələrin nümayəndələri iştirak ediblər.

Toplantı zamanı 2025/2026-cı tədris ilinin yay semestri üzrə görülən işlər, tədris, elmi və yaradıcılıq fəaliyyəti ilə bağlı yekun məsələlər müzakirə olunub. Universitetin fakültə və kafedralarında aparılan işlər, tələbələrin tədris göstəriciləri, imtahan sessiyasının nəticələri, elmi-tədqiqat və yaradıcılıq istiqamətində həyata keçirilən tədbirlər barədə fikir mübadiləsi aparılıb.

Elmi Şura iştirakçıları cari tədris ilinin yekunlarını qiymətləndirib, qarşıdakı dövr üçün universitetin tədris, elm, yaradıcılıq və beynəlxalq əməkdaşlıq sahələrində fəaliyyət istiqamətləri ilə bağlı təklif və tövsiyələrini səsləndiriblər.

İclas gündəlikdə duran məsələlərin müzakirəsi və müvafiq qərarların qəbul edilməsi ilə yekunlaşıb.