ADMİU-da Məzun Günü qeyd olunub
22 iyun 2026-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Məzun Günü keçirilib.
Tədbir zamanı universitetin müxtəlif fakültələri üzrə fərqlənən tələbələr “İlin tələbəsi” nominasiyası ilə təltif olunublar. Eyni zamanda fakültələr üzrə pedaqoji fəaliyyəti və universitet həyatındakı aktiv iştirakı ilə seçilən müəllimlər də mükafatlandırılıb.
Məzun Günü çərçivəsində ADMİU-nun Musiqi sənəti fakültəsinin kafedralarında təhsil alan tələbələr bədii proqramla çıxış ediblər. Onların ifaları tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Tədbir məzunlar, müəllimlər və tələbələr üçün yaddaqalan anlarla yadda qalıb.

