ADMİU-da QS Subject Rankings – Performing Arts üzrə hazırlıq işləri müzakirə olunub
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində QS Subject Rankings – Performing Arts üzrə aparılan hazırlıq işləri çərçivəsində növbəti işgüzar görüş keçirilib.
Görüşdə Beynəlxalq əlaqələr üzrə prorektoru Sevil Kərimova və prorektorluğun əməkdaşları, “ƏSA” Teatrının direktoru və bədii rəhbəri Nihad Qulamzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Azərbaycan Dövlət “Yuğ” Teatrının Yaradıcılıq şöbəsinin müdiri Elçin Cəfərov iştirak ediblər.
Görüş zamanı universitetin QS Subject Rankings – Performing Arts reytinqində mövqeyinin gücləndirilməsinə istiqamətlənmiş strateji fəaliyyət planı nəzərdən keçirilib. Həmçinin ölkənin müxtəlif teatrları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

