ADMİU müəllimləri Vaqif Poeziya Günlərində çıxış ediblər

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Əməkdar artist, dosent Toğrul Əsədullayev və baş müəllim Səxavət Məmmədov Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunan konsert proqramında iştirak ediblər.

İyulun 17-də Molla Pənah Vaqifin məqbərəsi önündə təşkil olunan konsertdə Səxavət Məmmədov tar, Toğrul Əsədullayev isə kamança ifaçısı kimi musiqi nömrələrinin müşayiətini həyata keçiriblər.

ADMİU müəllimlərinin ölkənin nüfuzlu mədəniyyət tədbirlərindən biri olan Vaqif Poeziya Günlərində iştirakı universitetin milli musiqi irsinin təbliği və inkişafına verdiyi töhfənin növbəti göstəricisidir.