ADMİU əməkdaşları üçün Şamaxıya birgünlük istirahət səfəri təşkil olunub

İyulun 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə universitet əməkdaşları üçün Şamaxı şəhərinə birgünlük istirahət səfəri təşkil olunub.

Səfərin əsas məqsədi əməkdaşların asudə vaxtlarının səmərəli təşkili, onların istirahətinin təmin olunması, kollektiv daxilində ünsiyyətin və əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi olub.

Səfər çərçivəsində iştirakçılar Şamaxının zəngin təbiəti və görməli məkanları ilə tanış olub, xoş və səmimi atmosferdə birgə vaxt keçirərək yaddaqalan anlar yaşayıblar.

ADMİU-nun Həmkarlar İttifaqı Komitəsi tərəfindən təşkil olunan bu cür tədbirlər əməkdaşların sosial rifahının yüksəldilməsinə, kollektiv ruhunun gücləndirilməsinə və iş mühitində motivasiyanın artırılmasına xidmət edir.