ADMİU tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının yeni buraxılışında yer alıb
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) “Dram teatr və kino aktyorluğu” ixtisasının III kurs tələbəsi Alisa Ağaverdiyeva I’NAZ jurnalının iyul buraxılışında model qismində yer alıb.
Təhsili ilə yanaşı, moda və model sahəsində də fəal fəaliyyət göstərən Alisa Ağaverdiyeva hazırda “Moon Model Akademiyası”nda təhsil alır. O, indiyədək müxtəlif moda nümayişlərində, reklam çəkilişlərində və musiqi kliplərində iştirak edib.
Tələbəmiz “Baku Fashion Week” və “Georgia Fashion Week” kimi moda layihələrində də təmsil olunub. Alisa Ağaverdiyeva 20 iyun 2026-cı il tarixində Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Fashion Week”də iştirak edib və diplomla təltif olunub.
Onun I’NAZ jurnalının yeni buraxılışında yer alması da moda sahəsində qazandığı təcrübənin və yaradıcı fəaliyyətinin növbəti nəticələrindən biridir.

