1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə ADMİU-da tədbir keçirilib

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) və Tələbə Elmi Yaradıcılıq Cəmiyyəti (TEYC) tərəfindən tədbir təşkil olunub.
Tədbirin qonağı Ayxan Şahbazsoy olub. Görüş zamanı ahılların cəmiyyətdə rolu, onların həyat təcrübəsinin gənc nəslə ötürülməsi, eləcə də müxtəlif nəsillər arasında ünsiyyət və qarşılıqlı anlayışın əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıların mövzu ətrafında müzakirələri və maraqlı fikir mübadiləsi ilə davam edib.
Nəsillərarası həmrəylik cəmiyyətin sosial və mənəvi zənginliyinin əsaslarından biridir.