ADMİU-nun dosenti beynəlxalq elmi konfransda məruzə ilə çıxış edib

Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun təşkilatçılığı ilə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türkoloji sənətşünaslıq: problemlər və perspektivlər” mövzusunda V beynəlxalq elmi konfrans keçirilib.

Konfransın açılışında AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətindən və türkologiya elminin inkişafındakı rolundan danışıb.

Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Aslan Xəlilov “Türk miniatürlərində kompozisiya həllinin bədii prinsipləri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə türk miniatürlərində kompozisiya quruluşunun səciyyəvi xüsusiyyətləri, təsvir elementlərinin qarşılıqlı əlaqəsi, məkan və fiqurların yerləşdirilməsi, ritm və rəng münasibətləri, eləcə də müxtəlif miniatür məktəblərində kompozisiya həllinin bədii prinsipləri nəzərdən keçirilib.