ADMİU-da “Sən və mən” adlı konsert keçiriləcək

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrası tərəfindən “Sən və mən” adlı konsert proqramı təşkil olunacaq.
Dekabrın 9-da saat 17:00-da Bakı Dövlət Universitetinin Böyük zalında keçiriləcək konsertdə Estrada sənəti kafedrasının tələbələri duet ifaları ilə çıxış edəcəklər.
Proqram çərçivəsində Azərbaycan, türk və dünya bəstəkarlarının əsərləri təqdim olunacaq.
Tələbələri konsertdə Estrada sənəti kafedrasının konsertmeysterləri – Əməkdar artist Fəridə Hüseynova, Zəhra Parlanova, Nicat Aslanov, Nicat Quliyev və Ağarəhim Salah müşayiət edəcəklər.
Konsertin bədii rəhbəri Estrada sənəti kafedrasının müdiri, Əməkdar müəllim, professor Məryəm Babayevadır.