SABAH qruplarında ustad dərsləri başa çatıb

2–6 noyabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qruplarının tələbələri üçün Türkiyənin Dokuz Eylül Universitetinin Gözəl Sənətlər Fakültəsinin Səhnə Sənətləri Bölməsinin professoru Prof. Dr. Sibel Erdenk tərəfindən ustad dərsləri keçirilib.

“Oyunculukta Hareket – Doğaçlama Çalışmaları” mövzusunda təşkil olunan dərslərdə Aktyor sənəti ixtisası üzrə II və III təhsil ili tələbələri iştirak ediblər. Dərslər zamanı tələbələr aktyorluqda hərəkət və improvizasiya üzrə yeni yanaşmalarla tanış olub, nəzəri biliklərini praktiki çalışmalarla möhkəmləndiriblər.

Ustad dərslərinin sonunda Prof. Dr. Sibel Erdenkə universitet adından təşəkkürnamə təqdim olunub.