ADMİU-nun I tədris ilinin tələbələri üçün məmnuniyyət sorğusu

20 noyabr – 15 dekabr 2026-cı il tarixlərində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Keyfiyyət təminatı və strateji planlama departamenti tərəfindən 2026–2027-ci tədris ilində I tədris ilində təhsil alan tələbələr arasında “Tələbə məmnuniyyəti sorğusu” keçirilir. Departament hər il ənənəvi olaraq universitetdə təhsil mühitinin və tələbə təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədilə bu cür qiymətləndirmə sorğuları təşkil edir.
ADMİU olaraq hər bir tələbənin rəyini dəyərli hesab edir, universitet həyatı və tədris prosesi ilə bağlı geri bildirişlərinizi önəmli sayırıq.
Qeyd: Sorğu tam anonim şəkildə aparılır və əldə olunan nəticələrdən yalnız təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə istifadə olunacaq.
Sorğuda iştirak etmək üçün afişada yerləşdirilmiş QR kodu skan edə və ya aşağıdakı keçid vasitəsilə birbaşa daxil ola bilərsiniz: https://forms.cloud.microsoft/r/4WhNGDbtAw
Sorğunun keçirilmə müddəti: 20 noyabr – 15 dekabr 2026-cı il