ADMİU psixoloqu Bakı Ali Neft Məktəbində keçirilən simpoziumda iştirak edib

19 noyabr tarixində Bakı Ali Neft Məktəbində “Universitetlərdə psixoloji xidmətin təşkili və tələbələrin psixi rifahının qorunması” mövzusunda simpozium keçirilib.

Simpoziumda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) psixoloqu Aynur Rəhimova da iştirak edib.

Simpozium çərçivəsində müxtəlif universitetləri və psixoloji mərkəzləri təmsil edən mütəxəssislər öz təcrübələrini bölüşüb, ali təhsil müəssisələrində psixoloji xidmətin təşkili, tələbələrin psixi rifahının qorunması və bu sahədə tətbiq olunan yanaşmalar ətrafında fikir mübadiləsi aparıblar.