ADMİU-da İİV/QİÇS-lə mübarizəyə həsr olunan infosessiya keçirilib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmunçatışmazlığı Sindromu (QİÇS) ilə mübarizə, xəstəliyin profilaktikası və sağlam həyat tərzinin təşviqi mövzusunda maarifləndirici infosessiya keçirilib.
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin əsas məqsədi İİV/QİÇS haqqında məlumatlılığın artırılması, virusun yayılmasının qarşısının alınması, eləcə də gənclərin sağlam və təhlükəsiz həyat tərzi ilə bağlı biliklərinin genişləndirilməsidir.
İnfosessiya zamanı tələbələrə İİV-in yoluxma yolları, infeksiyadan qorunma üsulları, profilaktik tədbirlər və vaxtında müayinənin əhəmiyyəti barədə məlumat verilib. Həmçinin İİV statusunun müəyyənləşdirilməsi üçün ödənişsiz və anonim ekspress-test imkanları, tibbi məsləhət və maarifləndirmə xidmətləri haqqında geniş məlumat verilib.

