2024-cü ilin fevral ayında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Elmi şurasının qərarı ilə universitet həyatının və fəaliyyətinin tanıdılması məqsədi ilə İctimaiyyətlə əlaqələr, Marketinq və Süni intellekt (Sİ) şöbəsi yaradılmışdır.

Şöbənin yaradılmasına qədər hazırda daxilində çalışan əməkdaşlar universitetin konfransları, tədbirləri, konsertləri və tələbələrin uğurlarının təqdir olunması məqsədi ilə sertifikatlaşdırma prosesi, foto-video çəkilişləri, mətbuatla əlaqə və s. kimi işlərin həyata yetirilməsində fəaliyyət göstəriblər.

Bu səbəbdən universitet rəhbərliyi bu şöbənin yaradılmasının labüd olduğunu qeyd edərək həmin əməkdaşları bir araya topladı.

Şöbənin əsas vəzifələri bunlardır:

  • Ali məktəbin öz fəaliyyəti haqqında əhalinin daha geniş məlumatlandırılmasını təşkil etmək
  • Marketinq və reklam strategiyasının hazırlanması
  • Marketinq büdcəsinin planlaşdırılması
  • Universitetin web-saytın hazırlanması
  • Yeni ixtisasların bazara daxil olmasının təşkili və reklamı
  • Media planın tərtib edilməsi, ixtisaslaşdırılmış nəşrlərdə dərc olunmaq üçün materialların hazırlanması
  • Reklam materiallarının istehsalının planlaşdırılması
  • Keçirilən tədbirlərin səmərəliyinin qiymətləndirilməsi
  • Elektron ticarət platformalarında aktivliyin təşkili
  • İnternet marketinq
  • Reklam məhsulları və xidmət təminatçılarının axtarış
  • Sosial media səhifələrinin idarəsi
  • Universitetin tarixinin öyrənilməsi və tədqiqi ilə bağlı təbliğatlar aparmaq
  • Media üçün kontentlərin yerləşdirilməsi
  • Sayt üzrə kontentlərin yerləşdirilməsi
  • Məhsulun parametrləri üzrə məlumatların sayta yerləşdirilməsi
  • Məhsulun şəkillərinin əlavə edilməsi
  • Əlavə edilən məhsulların fotolarının çəkilməsi və məlumatlarının dəqiqliyinin yoxlanılması
  • Bazanın toplanması
  • Kreativ briflərə əsasən, universitetin tələblərinə uyğun dizayn konsepti hazırlamaq
  • Universitetin vizual tətbiq prinsiplərinə görə məsuliyyət daşımaq və qeyd olunan prinsiplərin bütün dizayn və qrafika işlərində tətbiq olunmasını təmin etmək
  • Reklam materiallarını (küçə reklamları, mətbuat, sosial media, çap faylları, web-sayt üçün şəkillər və s.) hazırlamaq, reklam daşıyıcılarına uyğun olaraq ölçüləri dəyişdirmək və tətbiq etmək
  • Universitetin bir sıra tədbir və konfranslarının, konsert və tamaşaların STS video və foto çəkilişini təmin etmək
  • Universitetin təbliğinə həsr olunmuş sərgilərin təşkili, sənədli və qısametrajlı filmlərin çəkilişi, elmi-kütləvi ədəbiyyatın nəşri ilə bağlı materiallar təqdim etmək və məsləhətlər vermək
  • Universitetin marketinq və PR işlərinin həyata keçirilməsi
  • Universitetdə süni intellekt mədəniyyətinin formalaşdırılması
  • Tələbə və müəllimlərin Sİ bilik və bacarıqlarının artırılması
  • Tədris, tədqiqat və media sahəsində Sİ tətbiqlərinin genişləndirilməsi
  • İnnovativ layihələrin hazırlanması və dəstəklənməsi
  • Universitetin kommunikasiya və marketinq fəaliyyətinə Sİ inteqrasiyası
  • Müasir rəqəmsal yanaşmaların tətbiqi
  • Universitet brendinin gücləndirilməsi 

Şöbədə hazırda 8 nəfər əməkdaş çalışır:

  • Şöbə müdiri – Sitarə Abdullayeva
  • Mətbuat katibi – Şahanə Müşfiq
  • Süni intellekt və rəqəmsal marketinq üzrə baş mütəxəssis – Sabir Abbaszadə
  • Süni İntelekt tədqiqatları üzrə koordinator- Mətanət Abdullayeva
  • Fotoqraf / videoqraf Sİ Video Mütəxəssisi – Azər Həsənov
  • Sayt üzrə menecer– Nurlana Həsənova
  • Qrafik dizayner – Vüqar Əli
  • Psixoloq – Aynur Rəhimova

Şöbənin rəhbəri

Sitarə Abdullayeva