ADMİU əməkdaşı “Generative AI” üzrə beynəlxalq sertifikat əldə edib
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) əməkdaşı Sabir Abbaszadə süni intellekt və generativ texnologiyalar üzrə beynəlxalq təlim proqramını uğurla tamamlayaraq sertifikat əldə edib.
Belə ki, Sabir Abbaszadə Google Cloud tərəfindən autorizə olunan və Coursera platforması üzərindən təqdim edilən “Gen AI: Beyond the Chatbot” adlı onlayn təlim kursunu müvəffəqiyyətlə bitirib. Təlim proqramı generativ süni intellektin real tətbiq sahələrini, biznes proseslərinə təsirini, prompt yazma bacarıqlarını, foundation model yanaşmasını, eləcə də Google ekosistemində GenAI həllərinin qurulması və tətbiqini əhatə edir.
Qeyd edək ki, əldə olunan sertifikat ADMİU-da rəqəmsal kommunikasiya və kontent istehsalında yeni texnologiyaların tətbiqi istiqamətində atılan addımların daha da güclənməsinə, universitetin media fəaliyyətində innovativ yanaşmaların genişlənməsinə xidmət edəcək.
ADMİU olaraq əməkdaşlarımızın müasir trendlərə uyğun bilik və bacarıqlar qazanmasını, innovativ texnologiyaları praktiki iş proseslərinə inteqrasiya etməsini və beynəlxalq səviyyəli təlimlərdə iştirakını dəstəkləyirik.

