ADMİU əməkdaşı Google-un süni intellekt üzrə beynəlxalq sertifikatını əldə etdi

ADMİU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin Sosial Media Meneceri Sabir Abbaszadə “Google Prompting Essentials” adlı beynəlxalq onlayn ixtisaslaşma proqramını uğurla tamamlayaraq rəsmi sertifikat əldə edib.

Dörd mərhələdən ibarət bu proqram Google tərəfindən hazırlanmış praktiki onlayn təlimlər əsasında keçirilib. Kurs müddətində iştirakçılar süni intellekt istəklərinin (promptlarının) effektiv tərtibi, mürəkkəb tapşırıqların icrası, məlumatların təhlili və təqdimatların daha sürətli hazırlanması üzrə bilik və bacarıqlarla təmin olunublar.

Sabir Abbaszadənin bu nailiyyəti ADMİU-da süni intellekt texnologiyalarının tətbiqi, innovativ yanaşmaların təşviqi və rəqəmsal transformasiyanın sürətləndirilməsi istiqamətində atılan vacib addımlardan biri kimi dəyərləndirilir.